Braziliyada həftənin əvvəlindən təsirli olan leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 3-ə yüksəlib.
Elchi.az xəbər verir ki, səlahiyyətlilərin verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində yağan leysan yağışlar daşqınlara səbəb olub.
İndiyədək daşqınlarda 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Yağışlardan zərər çəkmiş ərazilərdə mülki müdafiə qrupları tərəfindən təqribən 6 min insan təxliyə edilib.
Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Bildirilib ki, 100-ə yaxın şəhər daşqından zərər çəkib və evakuasiya işlərinin çətinliklə davam etdiyi bildirilib.
Keçən il Rio Grande do Sul ştatında da oxşar fəlakət yaşanmış, 180-dən çox insan həyatını itirmişdi.
Şayəstə Hüseynova


















