İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri bildirib ki, İran dənizdə hərəkət edən hədəfləri vura bilən qabaqcıl ballistik raket istehsal edib.
Elchi.az-ın xəbərinə görə, Baqiri əlavə edib ki, raket sınaqlardan uğurla keçib və hazırda onun seriyalı istehsalı davam edir.
Baqiri həmçinin bildirib ki, yeni raket 1000 km-dən çox radiusda İran ətrafındakı dənizlərdə təhlükəsizliyi təmin edə bilər.
İranlı general izah edib ki, ballistik raket 1500 kilometr məsafəyə malikdir və hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir.
Yeganə