İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ esminesi Hind okeanında yanacaq doldurarkən “Qadir 380” və “Talaiyeh” raketləri ilə hədəfə alındığını açıqladı.
Elchi.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) “Əsl Vəd 4” Əməliyyatı çərçivəsində Hind okeanındakı strateji ABŞ hədəfinə raket hücumu həyata keçirdiyini açıqladı.
İİKK tərəfindən yayımlanan açıqlamada ABŞ esminesi İran sahillərindən təxminən 650 kilometr aralıda, Hind okeanında hədəfə alındığı bildirilir.
Bəyanatda deyilir: “Əməliyyatın bir hissəsi olaraq, ABŞ yanacaq doldurma gəmisindən yanacaq dolduran ABŞ esminesi İİKK-ya məxsus Kadir 380 və Talaiye raketləri ilə hədəfə alınıb. Hər iki gəminin göyərtəsində baş verən yanğın səbəbindən qatı tüstü qalxıb”.
Şayəstə





















