"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İrəvanda növbəti mitinq dalğası – Əhali yenidən ayağa qalxdı

15 İyul 2015 - 13:12
in DÜNYA
FacebookVatsap

64254Ermənistan polisinin rəisi Vladimir Qasparyan KİV nümayəndələrindən üzr istədi.

Bunu da oxuyun

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Ermənistanda vəziyyət yenidən alovlanır. Bu dəfə elektrik enerjisinin qiymətinin artmasına etiraz edən “Talana yox” hərakatının minlərlə üzvü İrəvanın mərkəzi küçəsində oturaq etiraz aksiyası keçirərək, əhaliyə divan tutan günahkar polis əməkdaşlarının cəzalandırılmasını istəyir.

AİM.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, vəziyyətin gərginləşdiyini görən İrəvan Polis İdarəsi rəisinin müavini Valeri Osipyan aksiya keçirən gəncləri “başa salmağa” çalışıb.


Valeri Osipyan – polis rəisinin müavini

O, aksiya iştirakçılarına “xox” gələrək bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları istəsələr aksiyanı bir neçə dəqiqəyə dağıda, təşkilatçıları ağır vəziyyətə məruz qoya bilərlər. Ancaq polis belə addımlardan qaçmağa üstünlük verir.

“Mən sizi respublika ərazisində oturaq piketi dayandırmağa, sakinlərin sərbəst hərəkətinə mane olmamağa və təntənəli yürüşü şəhər hakimiyyəti tərəfindən icazə verilmiş marşrut üzrə həyata keçirməyə çağırıram”.

V.Osipyan xəbərdarlıq edib ki, əks təqdirdə, polis lazım olan ölçüləri götürməyə məcbur qalacaq: “Siz yeni texnologiyalardan yararlanaraq insanları toqquşmalara təhrik edirsiniz. Sizdən xahiş edirəm, hörmətli vətəndaşlar, oturaq piketi dayandırın. Siz artıq sırtıqlaşırsınız, bu söz üçün üzr istəyirəm, amma siz, əslində sırtıqlaşırsınız. Vətəndaşlar sizi qınayır, danlayırlar. Özünüzə gəlin!”.

Onun sözlərinə görə, iyunun 23-də Baqramyanın prospektində baş verən hadisələrin bütün günahkarları cəzalandırılacaq.


Aksiya iştirakçıları etirazlarını bildirirlər

Bundan sonra nümayişçilər daha da coşaraq oturaq piketi izdihamlı yürüşə çeviriblər. Etirazçılar İrəvanın Maştoç və Amiryanı mərkəzi küçələrini bağlayıblar. Onlar bu il iyunun 23-də və iyulun 6-da keçirilən aksiyalarda vətəndaşlara və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının şəkillərini tutaraq onların cəzalandırılmasını tələb edirlər.


Maksim Sarkisyan – aksiyanın təşkilatçılarından

Yürüşün təşkilatçılarından olan Maksim Sarkisyan deyib ki, nümayişçilərin təqsirkar polislərin cəzalandırılması barədə prokurorluqdan zəmanət almayana qədər etirazlarını davam etdirəcəklər: “Bilirik ki, bəzi polis işçisinə bir gün əvvəl töhmət, kiməsə cəza verdilər, amma, bu, kifayət deyil”.

Ermənistan Polis İdarəsinin rəisi Vladimir Qasparyan iyunun 23-də Baqramyan prospektində baş verən hadisələrlə bağlı yerli telekanala müsahibə verib, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən KİV nümayəndələrinə qarşı göstərilən pis münasibətə görə üzr istəyib.


Vladimir Qasparyan – Ermənistan Polis İdarəsinin rəisi

O deyib ki, elektrik enerjisi tariflərinin artımına qarşı mitinq edənlərə qarşı güc tətbiq edilməsi ilə bağlı başlanılan xidməti araşdırmanın nəticələri qısa müddətdə açıqlanacaq. “Bir daha göz qabağında baş verən və müəyyən edilən səhvlərə görə KİV nümayəndələrindən üzr istəyirəm. Mən xidməti araşdırmalar barədə göstəriş vermişəm, biz bu məsələni nizama salacağıq. Bilirəm ki, mətbuat işçilərinin texniki zərər vurulub. Polis jurnalistlərə vurulmuş maddi ziyanı ödəyəcək”.

Mitinq edənlər əllərində insanlara qarşı zor tətbiq edən 200 polis işçisinin fotoşəkillərini, şüarlar və plakatlar tutaraq şəhərin küçələrindən keçiblər. Onlar düşünürlər ki, məhz fotoda olan polislər etiraz edənlərə, mülki şəxslərə qarşı güc işlədib, öz səlahiyyətlərini aşaraq zorla mitinqi dağıdıblar. etiraz aksiyaçıları gecə saat 20:10-da Amiryan küçəsini bağlayıblar. Yürüş zamanı “Harada istəyəcəyik, orada oturacağıq!”, “Bu bizim torpağımızdır!”, “Biz ölkənin sahibləriyik!” şüarları səsləndirilib.

İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.

Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür.




İrəvanda iyulun 14-də keçirilən etiraz aksiyası

Previous Post

İrəvanda növbəti mitinq dalğası – Əhali yenidən ayağa qalxdı

Next Post

Müğənninin evi yandı: “Corab da çıxara bilmədim“

Bənzər yazılar

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14

Qlazioloqlar qrupunun apardığı yeni tədqiqata əsasən, planetin ən enli buzlağı əvvəllər təxmin ediləndən daha sürətlə və intensiv şəkildə əriyir. Bu...

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53

Meksika hakimiyyət orqanları, ölkənin turizm bölgələrindən birində yerləşən altı süni gölü, yüksək dərəcədə təhlükəli olan və "beyin yeyən amöb" kimi...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

Müğənninin evi yandı: “Corab da çıxara bilmədim“

Müğənninin evi yandı: “Corab da çıxara bilmədim“

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.