"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

«İqtidar daxilində heç bir təlatüm görmürəm»

19 Noyabr 2015 - 21:56
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

<font color=red><b>«İqtidar daxilində heç bir təlatüm görmürəm»</b></font>

Qüdrət Həsənquliyev: «Radikal müxalifət hakimiyyəti şantaj edir ki, ifşa prosesini dayandırsın»

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ölkənin gündəmində olan hadisələrlə bağlı “Bizim Yol” qəzetinin suallarını cavablandırıb.
Qüdrət Həsənquliyevlə müsahibəni oxucularımıza təqdim edirik.

– Qüdrət bəy, Tunisdən yeni qayıtmısınız. Səfər nə ilə bağlı idi?

– Tünisdə bizim partiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv oldu. Bundan sonra tamhüquqlu üzv kimi alyansın işində yaxından iştirak edəcəyik. Bu, Azərbaycan həqiqətlərini Avropa və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir tribunadır. Alyansın axırıncı şura iclasında da gördüm ki, bu, nə dərəcədə faydalıdır. Biz orada təmsil olunan Avropanın aparıcı partiyalarının rəhbər nümayəndələri ilə, parlamentarilərlə görüşdük. Həmin Alyansın həm Avropa Parlamentində, həm Avropa Şurasında, həm NATO və ATƏT Parlament assambleyalarında qrupları var. Buna görə də həmin qruplarda olan parlamentarilərlə söhbət etmək, Azərbaycanı təbliğ etmək imkanları yaranır. Partiya olaraq, bu işdə yaxından iştirak edəcəyik. Arzu edirəm ki, Azərbaycanda olan digər siyasi partiyalar da öz siyasi oriyentasiyalarına uyğun ittifaqlarda təmsil olunsunlar. Bilirəm ki, Yeni Azərbaycan Partiyası Xalq Partiyaları Qrupuna üzv olmaq üçün artıq müraciət edib və namizəd kimi qəbul ediblər. İstəyərdik ki, Yaşıllar Qrupunda, sollarda da bizim təmsilçiliyimiz olsun. Bu bizə əlavə işləmək imkanı yaradır. Məsələn, bizdən öncə həm Ermənistan, həm də Gürcüstan bu Alyansda təmsil olunurdu. Bizim orada olmağımız Ermənistanın birtərəfli qaydada təbliğat aparmasının qarşısını alacaq.

– Parlament seçkiləri geridə qaldı. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas məsələ bəzi beynəlxalq təşkilatların Azərbaycana müşahidə missiyaları göndərməsi idi. Bu reallıq seçkilərin nəticələrinə, parlamentin işinə təsir göstərə bilərmi?

– Seçkinin nəticələrinə heç bir təsiri olmayacaq, amma müşahidə etsələr daha yaxşı olardı. Təəssüf ki, Azərbaycana münasibətdə çox zaman ədalətsiz və ikili yanaşma mövqeyini görürük. Hesab edirəm ki, müşahidəçilərin sayının azaldılması ilə bağlı Azərbaycan tərəfinin tələbini əsas götürərək, seçkidə iştirakdan imtina edilməsi yanlış qərar idi. O cümlədən, Avropa Parlamentinin qərarını da yanlış sayıram. Bu barədə Alyansın iclasında da çıxış etdim və bu qərarın əleyhinə səs verdiyinə görə Alyansın prezidentinə, həmçinin 274 parlamentariyə təşəkkürümü bildirdim. Orada da söylədim ki, Azərbaycanın təcrid olunması xəttinin tutulması ölkədə nə qanunun aliliyinə, nə də demokratiyanın inkişafına müsbət mənada heç bir töhfə verməyəcək. Əksinə, Azərbaycanla Qərbin arasında münasibətlərin korlanmasına gətirib çıxaracaq ki, bu da nə Qərbin, nə Azərbaycan hökumətinin, nə də xalqımızın maraqlarına uyğundur. Ona görə də Azərbaycanla əməkdaşlıq etmək və çalışmaq lazımdır ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının güclənməsinə, ölkənin iqtisadi cəhətdən inkişafına yardım olunsun. Təkamül yolu ilə cəmiyyət özü inkişaf edəcək və bunun nəticəsində Avropa mərhələsinə gəlib çıxacaq. Amma bu gün Azərbaycandan tam Avropa standartlarına uyğun seçkilərin keçirilməsini gözləməyin özü absurddur. Ona görə ki, biz totalitar rejimdən çıxmış bir ölkəyik və insanların böyük bir qismi şəxsiyyət kimi sovet dövründə formalaşıb. Demokratik ənənələr olmayıb, qanunun aliliyi ilə bağlı problemlər olub. Bu da bir çox hallarda birbaşa insanların davranışına keçib. Ona görə də cəmiyyətin sosial inkişaf indeksini nəzərə almadan islahatların sürətləndirilməsi, yaxud ölkənin daxilinə müdaxilə siyasi sabitliyi pozur. Həmin ölkə nəinki demokratiya əldə etmir, əksinə, xaosa, qarşıdurmalara sürüklənir, nəticədə hətta dövlətçiliyini itirməklə üz-üzə qalır. Suriya, İraq, Liviya bu gün həmin vəziyyətlə üzləşib. Alyansdakı çıxışımda onu da söylədim ki, bu cür qanlı “Ərəb baharı” nəinki başqa xalqları demokratiya uğrunda mübarizəyə ruhlandırmayıb, əksinə, demokratik proseslərə zərbə vurub. Hətta bir çox ölkələrdə, elə bizdə də müxalifəti dəstəkləməyi hansısa qarşıdurmalara yol açacaq prosesin başlanğıcı kimi qəbul edirlər. Hansı problemlərin olmasından asılı olmayaraq, gözünün qarşısına o ölkələri gətirərək, fikirləşirlər ki, şükür Allaha sabitlik var. Ona görə də ölkələrin daxili işlərinə qarışıb prosesləri sürətləndirmək cəhdi yaxşı nəticə vermir və qeyd etdiyim kimi, bu proses hər bir xalqın inkişaf səviyyəsinə bağlı olan bir məsələdir.

– 2015-ci il Azərbaycanda həm müsbət, həm də mənfi hadisələrlə yadda qaldı. Son ayda həm Prezidentin fərmanları, həm də qanunvericiliyə edilən dəyişikliklər və buna uyğun olaraq nazirliklərin qərarları cəmiyyətdə “iqtisadi inqilab” kimi qiymətləndirildi. Bu islahatlar iqtisadiyyatımıza nə verəcək?

– Bu, yaxşı bir prosesin başlanğıcıdır. Amma hər şey bundan sonrakı addımlardan asılıdır. Yəni bu proses davam etdiriləcək, yoxsa “edilənlər kifayətdir” deyib, hər şeyə nöqtə qoyacaqlar. Özünü “demokratik müxalifət” adlandıran təşkilatların mətbuatlarında son vaxtlar sanki hökumətə çağırışlar yer alır ki, baş verənlər sizin özünüzü ifşa etmənizdir. Guya hökumət bunları gizlətməli imiş. Elə təqdim etməyə çalışırlar ki, guya bu prosesin dərinləşməsi, daha çox cinayətkarlığın ifşası iqtidardaxili təlatümlərin, parçalanmaların nəticəsidir və s. Əslində, bu cür şantajla bu prosesləri dayandırmaq istəyirlər və əminəm ki, ifşa olunmuş qrupların bu kampaniyanı aparanlarla işbirliyi də olub. Ona görə də şantaj yolu ilə bu prosesi dayandırmaq istəyirlər. Həmin mətbuat orqanlarına baxanda məlum olur ki, sanki bu prosesin getməsi onları ciddi narahat edir və hökumətə birbaşa olmasa da, yanakı formada təqlid olunur ki, siz bu işi dayandırmalısınz, yoxsa sonunuzdur. Amma hesab edirəm ki, hazırda iqtidar çox güclüdür və hakimiyyət partiyasının başında kifayət qədər xarizmatik bir lider dayanır. Xalqın böyük bir hissəsinin də ona dəstəyi var. Prezident də bu dəstəkdən istifadə edib, islahatları dərinləşdirməlidir. Azərbaycan müxalifəti də, hər bir vətəndaş da bu islahatlara dəstək olmalı və islahatları davam etdirməyə çağırmalıdır. O ki qaldı iqtidar daxilində təlatümlərin olması barədə deyilənlərə, mən şəxsən heç bir təlatüm görmürəm. Çünki iqtidarın daxilində Prezidentə sadiqliyi ilə seçilən kifayət qədər savadlı və bacarıqlı insanlar var. Hansı ki, bu insanlar iqtidarın nüvəsini təşkil edir və o nüvə çox möhkəmdir. Ətrafda olan hansısa nazirlər, yaxud yüksək vəzifəli şəxslərin neqativ fəaliyyəti hökuməti tənqid etməyə əsas verir ki, niyə vaxtında bu qruplar ifşa olunmayıb. Amma bu proses bütövlükdə hökuməti zəiflətmir. İqtidarın özünün bu məsələnin üzərinə getməsi, geniş xalq kütləsinin ona rəğbətini artırır. Seçkilərdə iqtidar partiyasının qələbəsini şərtləndirən amillərdən biri də seçkiöncəsi bu qərarların qəbul edilməsi oldu. Bu addımlar atılmasaydı, seçkidə daha böyük gərginlik yaşanardı və seçkilər ciddi rəqabətlilik şəraitində keçə bilərdi. Düzdür, müxalifət partiyalarının maddi resurslarının məhdudluğu, Seçki Məcəlləsinin mükəmməl olmaması, demokratik ənənələrin olmaması, qanlı “Ərəb baharı” və s. amillər müxalifəti xeyli dərəcədə zəiflətdi və təbliğat qurmasına ziyan vurdu. Buna baxmayaraq, xalqımızın iradəsi ortadadır. Avropa Şurasının müşahidə missiyası da eyni qiyməti verdi ki, seçkilər xalqın iradəsini əks etdirir, ancaq siyasi islahatlar mütləq davam etdirilməlidir. Biz də bu fikirdəyik və zaman-zaman iqtidarı çağırırıq ki, Azərbaycan kimi demokratik ənənələrin olmadığı ölkədə demokratiyanı dönməz etmək üçün mütləq parlamentli respublikaya keçməliyik. Bizim siyasi öndərlər də zamanında Azərbaycan Xalq Cümhuriyyətini məhz parlamentli respublika kimi qurublar. Demokratiya dünyaya Avropadan yayılıb və bütün Qərbi Avropa ölkələri parlamentli respublikalardır, yaxud qarışıq modeldir. Qonşu Gürcüstan da artıq bu idarə üsuluna keçib, Ermənistan dekabrda belə bir referendum keçirəcək. Düşünürəm ki, Azərbaycan da bu addımı atmalıdır. Biz də hökuməti buna çağırırıq.

– Hakimiyyətə, dövlətə sadiqlik məsələsinə toxundunuz. Milli Təhlükəsizlik Nazirliyindəki məlum qrupun ifşa prosesi və bu hadisələrin fonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən prosesləri necə qiymətləndirirsiniz?

– Mətbuatda bu məsələ ilə bağlı bildirmişəm ki, hadisələr gözlənilən idi. Ona görə ki, Prezident son müşavirələrdə üzünü nazirlərə, güc strukturlarına tutub deyirdi ki, sahibkarların fəaliyyətinə müdaxiləni dayandırın. Hələ ötən ilin dekabrında verdiyim müsahibədə söyləmişdim ki, Azərbaycanda sahibkarlar talanır və bu proses dayandırılmalıdır. Hətta rəhmətlik prezident Heydər Əliyevdən də xatırlatma etmişdim. Prezident hüquq-mühafizə orqanlarına barmağını silkələmişdi ki, siz yalnız cinayət işinin istintaqı ilə əlaqədar sahibkarları dindirə bilərsiniz, müəyyən istintaq hərəkətləri apara bilərsiniz, yaxud əlinizdə hansısa belə məlumatlar varsa, onu sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edən dövlət orqanlarına göndərməlisiniz, o orqanlar da yoxlayıb nəticəsi ilə bağlı məlumat verməli, siz də tədbir görməlisiniz. O vaxtlar da bu məsələlər səngimişdi. Amma təəssüf ki, sahibkarların talan olunması son illər çox geniş vüsət almışdı. Ən azından, yoxlamaların dayandırılması ilə bağlı layihənin parlamentdə qəbulu, həmçinin MTN və RYTN-dəki həbslər də digər qurumları nəticə çıxarmağa vadar edib. Yəni sahibkarların fəaliyyətinə olan neqativ müdaxilələr, qanunsuz pul tələbləri kimi hallar xeyli dərəcədə səngiyib. Amma bu tip halları təkcə inzibati qaydada, yuxarıdan tapşırıqlar, göstərişlər verməklə, siyasi iradə ortaya qoymaqla aradan qaldırmaq mümkün deyil. Düzdür, siyasi iradə çox önəmlidir və əsas faktordur. Ancaq düşünürəm ki, bunun ardınca müvafiq institusional islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyətinin rolu artırılmalıdır ki, insanların məhkəmə hakimiyyətinə etimadı artsın, vətəndaş məmurdan çəkinməsin. Vətəndaş hüquqlarının pozulacağı təqdirdə, məhkəmədə öz hüquqlarını qoruya biləcəyinə əmin olsun.

(Davamı var)

 

Previous Post

«İqtidar daxilində heç bir təlatüm görmürəm»

Next Post

Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Next Post

Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.