İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin müavini Barbara Leaf ilə əlaqələrin gücləndirilməsi və regional hadisələri müzakirə edib.
Elchi.az xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Safadi paytaxt Əmmanda ABŞ rəsmisi Leaf ilə görüşüb.
Görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, xüsusilə Fələstin məsələsi,Suriya böhranı və qaçqınlar problemi də daxil olmaqla, regional inkişaflar da qiymətləndirilib.
Safedi və Leaf avqustun 27-də Əmmanda görüşüb və regional məsələləri müzakirə ediblər.
Nuranə Məmmədova