ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı açıqlama verdi. Tramp dedi: “Biz hər gecə 30-40 qayıq çıxarırıq və boğazdan külli miqdarda neft axır. Beləliklə, biz Hörmüz boğazına nəzarət edirik və İran iqtisadiyyatı çökür”.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada yerləşən “GB News” xəbər kanalına verdiyi müsahibədə cari hadisələrə münasibət bildirib. İrana qarşı başladılan kampaniyaya toxunan Tramp bildirib ki, məqsəd Tehran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaqdır. İranın nüvə materialları ilə bağlı suala cavab olaraq və ölkədəki üç nüvə obyektini məhv etdiklərini xatırladan Tramp dedi: “Pikaks dağı hələ də orada ola bilər, amma üç obyekt tamamilə məhv edilib. Həmçinin, birinci müddətimdə yaratdığım Kosmik Qüvvələr adlı bir qüvvəmiz var və bu, olduqca təsirlidir. Yüksək təsirlidir. İlk üç obyektin hər bir əsas nöqtəsində kameralarımız var. Pikaks dağında da kameralarımız var. İçəri girib-çıxan hər kəsi tanıyırıq. Hətta adlarını da oxuya bilirik. Bunu edə bilərik; kosmosdan onların şəxsiyyət vəsiqələrini sözün əsl mənasında oxuya bilərsiniz.” “İnanırsınızmı?” dedi.
“Mən də Avropanı İran təhlükəsindən qoruyuram”
İranla müharibə üçün Amerika ictimaiyyətindən dəstək almağın çətin olacağı xatırladıldıqda, Tramp qeyd etdi: “Mən sizin ölkənizi də bu təhlükədən qoruyuram; çünki İranın nüvə silahı olsaydı, onu ABŞ-a qarşı deyil, raket mənzillərində olan Avropaya qarşı istifadə etmək ehtimalı daha yüksək olardı. Mən sizin ölkənizi də böyük bir problemdən xilas edirəm, çünki onlar mütləq bu silahlardan istifadə edərdilər. Onların nüvə silahına sahib olmasına bəlkə də iki, bəlkə də dörd həftə qalmışdı və biz onları bombardmançı təyyarələrlə vurduq.”
Tramp ABŞ-ın keçmiş prezidenti Obamanı tənqid etdi
Tramp ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə imzalanmış “Birgə Hərtərəfli Fəaliyyət Planı”nı (İran Nüvə Sazişi kimi də tanınır) ilk müddətində ləğv etdiyini xatırladaraq dedi: “Əgər mən bu sazişi ləğv etməsəydim, beş il əvvəl onların nüvə silahı olardı. Mən sazişi ləğv etdim. Amma daha da əhəmiyyətlisi, bir ildən bir az çox əvvəl biz üç əsas obyektə zərbə endirdik, orada – mənim sözlərimlə desək – tonlarla “nüvə tozu” yığılırdı. Bu, asanlıqla nüvə silahına çevrilə bilən material idi. Bütün lazımi proseslərdən keçən həmin material indi milyonlarla ton dağ qayasının altında basdırılıb və ona çatmaq olduqca çətin olacaq.”
Şayəstə





















