Rumıniya prezidenti Klaus İohannis Almaniya kansleri Olaf Şolz ilə bugünkü görüşdən sonra Qara dənizin hərbiləşdirilməsinin lehinə danışıb.
Elchi.az bu barədə “Reuters” Agentliyinə istinadən xəbər verir.
“NATO Qara dənizdəki mövcudluğunu artırmalıdır”,-deyə İohannis qeyd edib.
Qeyd edək ki, martın 14-də ABŞ-ın kəşfiyyatçı pilotsuz təyyarələrinin Qara dəniz üzərində fəal iştirakı zamanı Rusiya Hərbi Hava Qüvvələrinin qırıcıları yaxınlaşan zaman onlardan birinin manevrlər zamanı qəzaya uğradığı bildirilib.
Yeganə