"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik bəyannaməsi

10 İyun 2026 - 14:46
in MANŞET
FacebookVatsap

Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bütövlükdə region, eləcə də Türk dünyası üçün olduqca əhəmiyyətli sənəddir. İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan bu sənəd Türk dünyasında birliyin və həmrəyliyin möhkəmlənməsinə, regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verən tarixi yol xəritəsidir. Bu unikal saziş Azərbaycan-Türkiyə müttəfiqliyini daha da gücləndirərək bölgədə əməkdaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaradır. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Xalqımız üçün əlamətdar tarix olan Milli Qurtuluş Gününə təsadüf edən bu mühüm hadisə iki qardaş dövlət arasında mövcud olan strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiq etdi.

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Deputat söyləyib ki, əvvəlcə onu qeyd edək ki, Şuşa Bəyannaməsi ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Sənəddə siyasi əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi, iqtisadi və ticarət münasibətlərinin inkişafı, enerji və nəqliyyat layihələri üzrə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, Bəyannamə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verən mühüm siyasi sənəddir. Onun yaratdığı hüquqi və siyasi baza regional sabitliyin möhkəmlənməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir. Eyni zamanda, sənəd iqtisadi inkişaf üçün də yeni imkanlar açaraq investisiya cəlbediciliyini artırır və Qarabağ bölgəsinin bərpası və inkişafı prosesinə əlavə dinamika qazandırır.
Şuşa Bəyannaməsinin əhəmiyyəti iki ölkə arasındakı münasibətlərlə yadda qalmır. Bu sənəd Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə, regional proseslərdə rolunun artmasına və milli maraqlarının müdafiəsi istiqamətində əlavə siyasi imkanlar qazanmasına mühüm töhfədir. Bu baxımdan Şuşa Bəyannaməsi bu günün və gələcəyin strateji inkişaf istiqamətlərini müəyyən edən tarixi sənəddir. Uzun illər işğal həyatı yaşayan və azadlığına qovuşmasını bütün dünyanın heyrətlə izlədiyi Türk dünyasının mədəniyyət paytaxtı Şuşada qardaşlıq sənədinin imzalanması xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Çünki Şuşa qəhrəmanlıq, qürur və zəfər şəhəridir. Şuşada məlum Bəyannamənin imzalanması isə Azərbaycan–Türkiyə qardaşlığının gücünün, Türk dünyasının birlik, həmrəylik və ortaq gələcək iradəsinin ifadəsi oldu.
Deputat yekunda qeyd edib ki, müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, qarşılıqlı etimada və qardaşlığa söykənən dövlətlərə nadir hallarda rast gəlinir. Bir ailənin övladları kimi ən ağrılı, çətin və mürəkkəb məqamlarda Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq qalan hər iki ölkə daim ortaq mövqe sərgiləyib, bir-birinə dəstək verib və qardaşlıq həmrəyliyi nümayiş etdirib. Böyük Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı doğmalığın, birliyin, qüdrətin və sarsılmaz qardaşlığın siyasi-hüquqi təsdiqi oldu. İki qardaş dövlətin münasibətlərini müttəfiqlik zirvəsinə yüksəldən bu tarixi sənəd təhdidlər və münaqişələrlə dolu müasir dünyaya həmrəyliyin, qarşılıqlı etimadın və birgə iradənin mesajını verdi.

Previous Post

Ermənistan seçiciləri ”real Ermənistana” və regional sülhə səs verdi, amma…

Next Post

“Uşaqları qorumaq məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi 40-dan çox ölkədə müzakirə olunur”

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
“Uşaqları qorumaq məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi 40-dan çox ölkədə müzakirə olunur”

"Uşaqları qorumaq məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi 40-dan çox ölkədə müzakirə olunur"

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək – YENİLƏNDİ

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNDİ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.