"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İnformasiya təxribatının klassik ssenarisi

19 Fevral 2026 - 17:34
in SİYASƏT
FacebookVatsap

Qapının açıq qalması oğrunu və ya sadəcə məsuliyyət hissindən məhrum olmuş insanı cinayətə qədər təhrik edə biləcək güclü amildir. Açıq qapılar, hətta təsadüfən oradan keçən istənilən şəxsin də diqqətini cəlb edə bilər. Bu baxımdan indi sosial şəbəkələr sayəsində şəxsi həyatımızın şərti qapıları ümumiyyətlə kökündən çıxardılıb. Şəxsi həyatımız hər an istənilən təxribatçının manipulyasiya obyektinə çevrilə bilər. Süni zəka sayəsində isə hətta şəxsi həyatımız belə modelləşdirilə bilər. Bu cür təxribatlardan artıq heç kim sığortalı deyil. Öncə müxtəlif tətbiqlərlə həyatımıza daxil olan süni zəka indi artıq bizim real həyatımızı əsarətə alıb. Siyasi münasibətlər müstəvisində olan informasiya təxribatları isə ümumiyyətlə dərhal insanların diqqətini çəkir.

Bunu da oxuyun

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Müasir dövrün bu xüsusiyyətlərini nəzərə alaraq, daim asan pul axtarışında olan dələduzlar indi də informasiya təxribatlarına üz tutublar. Bəli, dələduzluğun məqsəd və mahiyyəti bütün dövrlərdə olduğu kimi dəyişməz olaraq qalsa da, bu növ cinayətkar fəaliyyətin metodları durmadan təkmilləşir. Mövcud kontekstdə prinsipial olaraq nəzərə almalı olduğumuz vacib bir həqiqət var: siyasi münasibətlər müstəvisində aparılan manipulyasiyalar təxribatçıya daha çox vəsait qazandırır, çünki bu növ təxribatların sifarişçilərinin sayı da çox olur. Odur ki, fərasətli “işgüzarlar” indi kütləvi şəkildə informasiya təxribatlarına üz tutublar. Müasir “demokratiya” və “aşkarlığın” saxta rəmzinə çevrilmiş internet də təxribatların kütləvi şəkildə yayılması üçün unikal şərait yaradır. Digər sözlərlə, şəxsi həyatımızın qapılarını daim açıq qoyan “internet” hətta təsadüfən yoldan keçəni ilk baxışdan ziyansız görünən cinayət və məsuliyyətsiz davranışa təhrik edə bilir.

Siyasi partiyalar üzərindən manipulyasiya qarşı sağlam siyasi dialoq

Heç kim üçün sirr deyil ki, uzun illər ərzində mənfur qüvvələr tərəfindən təxribat aləti kimi məhz siyasi partiyalar istifadə olunurdu. Elə onların bu cür canfəşanlığı nəticəsində siyasi partiyalar işlək demokratik institut kimi formalaşa bilmədi. Partiya sədrlərinin adları isə əsasən müxtəlif qalmaqallarda hallanırdı. Əlbəttə ki, bu cür mühitdə partiyaların institusional inkişafı mümkünsüz idi. Vəziyyətdən məharətlə istifadə edən radikal düşərgə müxalifətçiliyi sözün əsl mənasında inhisara almışdı və ölkədə müxalifətçilik fəaliyyəti ifrat dərəcəyə qədər eybəcərləşmişdi. Nəticədə, siyasi partiyalar xarici qüvvələr üçün ölkənin daxili məsələlərinə müdaxilə etmək və iqtidara dolayı təzyiqlər göstərmək alətinə çevrilmişdir.

Yalnız son 5-6 il ərzində aktiv şəkildə təşviq olunan sağlam dialoq mühitinin sayəsində siyasi partiyalar cəmiyyət tərəfindən sivil siyasi institut kimi qəbul olunmağa başlandı, partiya sədrləri isə sözün əsl mənasında siyasi diskussiyaların əsas iştirakçılarına çevrildilər. Dünənə qədər adları yalnız intriqalarda çəkilən partiyalar siyasi dialoq sayəsində hətta 700 mindən artıq üzvü olan nəhəng Yeni Azərbaycan Partiyası ilə bir arada ölkənin siyasi sisteminin vacib elementi kimi çıxış edirlər. Müxalifət bu gün mətbuatdadır, Milli Məclisdədir, açıq diskussiyalardadır, müxtəlif təşəbbüslərdədir və dövlətçilik naminə vətənpərvər qüvvələri öz ətrafında toplayan mühüm siyasi layihələrdə iştirak edir.

İnternet məkanında yeni təxribat dalğası

Bütün bunları görən düşmən qüvvələr, üstəgəl partiyaları təxribat aləti kimi itirdikləri üçün indi də üz tutublar informasiya təxribatlarına. Nəzarətsiz qalmış və inzibati resursların lazımi təsir göstərə bilmədiyi internet məkanına kütləvi şəkildə axışan siyasi dələduzlar maraqlar müqabilində informasiya təxribatları ilə məşğul olur və təhrif olunmuş “dəyərləri” təbliğ edir. Bu cür “haqq” və “ədalət” carçılarının məşğul olduqları fəaliyyətin adı siyasət deyil, məhz şarlatanlıqdır. Bütün şarlatanlar kimi siyasətə pənah gətirmiş dələduzlar da öz fəaliyyətində emosiya, demaqogiya və təxribatlara üstünlük verirlər.

Bu cür fərasətli siyasətciklər müraciət etdikləri informasiya təxribatlarının klassik ssenariləri müasir siyasi elmdə artıq çoxdan müəyyən olunub. Belə ki, çirkli məqsədləri həyata keçirtmək üçün öncə hədəf müəyyən olunur. Əlbəttə ki, hədəfi müəyyən edən əsas meyar əsla əqidə və ya hansısa siyasi baxışlar deyil, konkret hədəfi sifarişçi müəyyən edir. Şərti hədəf nə qədər “böyükdürsə” bir o qədər də sifarişin qiyməti böyük olur. Söhbət siyasi sifarişlərdən gedirsə, burada sifariş edən tərəf maliyyə ilə yanaşı müxtəlif vədləri də (vəzifə, xarici ölkədə vətəndaşlıq və s.) dövriyyəyə buraxır. Təxribatçıların adətən konkret xarici dövlətin qarşısında hüquqi məsuliyyətləri də olur və törədikləri təxribatın müqabilində onlar həmin məsuliyyəti daşımaqdan azad olunurlar.

Təxribatın hədəfi müəyyən olunandan sonra intriqa yaradılmalıdır. Bu mərhələdə internet vasitəsilə cəmiyyətə müxtəlif məlumatlar ilə bağlı gizlin və ya açıq şəkildə fərqli anonslar verilir. Təxribat ssenarilərinin “anonslar” adlı şərti mərhələsi zamanı geniş kütlənin diqqətini cəlb edə biləcək emosiyalara müraciət olunur və hətta açıq təhqirlərə də yer ayrılır. Bununla da ortalıqda konkret heç bir real fakt olmadan təxribatçı informasiya məkanını zəbt etmiş olur. Daha sonra internet məkanı müxtəlif şayiələr ilə doldurulur. Sosial şəbəkələrin istifadəçiləri olan sıravi vətəndaşlar bilərəkdən və ya düşünmədən həmin mərhələnin inkişafı üçün öz töhfələrini vermiş olur. Vətəndaşların sosial məsuliyyət hissi məhz sözügedən mərhələdə xüsusi olaraq aktuallaşır.

Manipulyativ final

Klassik informasiya təxribatlarının ssenarilərinə əsasən bəzən intriqa mərhələsi süni şəkildə zaman baxımından uzadılır. Sözügedən taktiki gedişatın məqsədi təxribatçının “qəhrəmanlaşdırılması” və onun “mübariz” obrazının formalaşdırılmasıdır. Sanki təxribatçı hansısa prinsip və dəyərlər uğrunda mübarizə aparırmış və bu mübarizədə o ölümə belə hazırdır. Saxta “qəhrəman”ın keçmişdə çəkdiyi əziyyətlər haqqında məlumatlar tirajlanır və beləliklə də, çirkli informasiya təxribatı internet vasitəsilə interaktiv tok-şou kimi inkişaf etməyə başlayır. Sözügedən texnologiya izləyici auditoriyasının artmasına hesablanıb. Mövcud məsələdə diqqət çəkən incə məqam odur ki, informasiya təxribatlarının hədəfi olan tərəf özünə bəraət qazanmaq üçün çalışmağa başlayan kimi onun addımları cəmiyyətə uduzan tərəfin davranışı kimi təsvir olunur. Konkret situasiyanın hansı ssenari üzərindən inkişaf etdirilməsindən asılı olmayaraq dəqiq olan odur ki, manipulyatorların informasiya təxribatlarında həqiqət və ədalət axtarışından söhbət belə gedə bilməz.

Politoloq Asif Adil

Previous Post

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib

Next Post

Filippində Kanlaon vulkanı püskürüb

Bənzər yazılar

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

05 Oktyabr 2026 - 16:03

AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və...

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul...

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51

Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığının təbliği və gənc nəslə çatdırılması məqsədilə "Şeir oxu" günlərinin keçirilməsini təşkil etməliyik. Elchi.az xəbər verir...

Next Post
Filippində Kanlaon vulkanı püskürüb

Filippində Kanlaon vulkanı püskürüb

İki Azərbaycan vətəndaşı Böyük Britaniyanın fəxri mükafatına layiq görüldü

İki Azərbaycan vətəndaşı Böyük Britaniyanın fəxri mükafatına layiq görüldü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

05 Oktyabr 2026 - 17:26
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

05 Oktyabr 2026 - 17:10
Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59
Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

05 Oktyabr 2026 - 16:46
Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

05 Oktyabr 2026 - 16:38
“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

05 Oktyabr 2026 - 16:25
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

05 Oktyabr 2026 - 16:14
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

05 Oktyabr 2026 - 16:03
Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

05 Oktyabr 2026 - 14:48
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.