Negros adasında yerləşən Kanlaon vulkanının püskürməsi nəticəsində hündürlüyü 4,5 km-ə çatan iri vulkanik kül şleyfi yaranıb.
Elchi.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
“Seismik məlumatlara görə, püskürmə 2 dəqiqə davam edib. Nəticədə tünd boz rəngli iri kül şleyfi əmələ gəlib və kraterdən təxminən 2 min metr yüksəklikdə qalxaraq cənub-qərb istiqamətinə doğru hərəkət edib”, – deyə X platformasında yayımlanan açıqlamada bildirilir.
Kanlaon vulkanı ərazisində beş mümkün təhlükə səviyyəsindən ikinci səviyyə elan edilib. Bununla əlaqədar Seysmologiya İnstitutu yerli sakinləri və turistləri kraterdən 4 km radiusda yerləşən ərazini tərk etməyə çağırıb.
Filippinin ən böyük aktiv vulkanlarından biri olan Kanlaon Negros adasındakı milli parkın ərazisində yerləşir və turistlər üçün məşhur məkandır. Onun hündürlüyü 2 465 metr, əsasının diametri isə 30 km-dir.
Məryəm





















