Semeru vulkanı İndoneziyanın Şərqi Yava əyalətində, ölkənin mərkəzi hissəsində püskürüb.
Elchi.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin açıqlamasında bildirilib.
Onun məlumatına görə, kül vulkanın kraterindən 2 min metr yüksəkliyə və ya dəniz səviyyəsindən 5676 metr yüksəkliyə çatıb. Şimal və şimal-qərb istiqamətində külün yayıldığı qeyd olunur. Departament yaxınlıqdakı ərazilərin sakinlərini ehtiyatlı olmağa və vulkanın isti qayaları atması riski ilə əlaqədar kraterin 2,5 km radiusunda qalmamağa çağırıb.
Məryəm





















