Rusiya Hindistanın Ukrayna münaqişəsinin həllində marağına görə minnətdardır və Moskva böhranın həllinə töhfə vermək cəhdlərini alqışlayır.
Elchi.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hindistan tərəfi münaqişənin həlli üçün sülh planı deyil, seqmentli plan təqdim etdi… Biz təbii olaraq hindlilərə nizamlanma məsələsində maraqlı olduqlarına görə çox minnətdarıq”, – Kremlin sözçüsü bildirib.
Peskov vurğulayıb ki, Rusiya Ukrayna böhranının həllinə töhfə verə biləcək ölkələrin hər hansı cəhd və səylərini alqışlayır.
Oktyabrın 1-də Vladimir Putin bəyan edib ki, Hindistanın baş naziri Narendra Modinin Ukraynadakı münaqişənin həlli üçün həll yolları tapmaq üçün yaxşı ideyaları var.
Yeganə





















