"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İmtahanda 695 bal toplayan qız hansı tanınmış iş adamının övladıdır? – FOTO

31 İyul 2017 - 13:38
in XƏBƏR LENTİ
FacebookVatsap

“İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc əvvəl-axır düşüncəyə məğlub olur “.

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

Fransanın tarix boyu yetişdirdiyi ən böyük diktatoru, ölkəsini və dünyanı qılıncla idarə etməyə çalışan fatehi Bonapart Napoleon deyib bu sözləri. Əlində tutduğu qılıncdan daha kəskin silahın qələm və düşüncə olduğunu etiraf edən bu fransız fatehinin 19-cu əsrin əvvəllərində dilə gətirdiyi həmin fikirlər qısa zamandan sonra özünü doğrultdu. Avropa və Qərb ölkələri elmə yönəlməklə böyük sənaye inqilabı yaşadı və qədəm qoyduqları elmi-texniki tərəqqi nəticəsində dünyanı idarə etməyə başladılar. Bir zamanlar elmə yönəlməklə qlobal gücə çevrilən islam dünyası isə daha sonra “kafir icadı” deyə-deyə arxa çevirdiyi bu yeniliklərə qarşı çıxdı və qarşı çıxdıqca da zəiflədi, özünün dünənki kölələrinin köləsi olmaq taleyilə barışdı.

Bu mövqe və status dəyişikliyi yalnız 19-cu əsrdə də yaşanmayıb. Dünya tarixində bir-birini əvəz edən sivilizasiyaların başlıca səbəbi kimin elmə necə yiyələnməsilə bağlıdır. Elmi özünün əsas hədəfi seçən toplumlar mütləq hakim zümrəyə çevrilib və dünya ağalığına can atıblar. Kimin əlində elm silahı daha güclü olubsa, dünyanın hakimi də o olub.

Özünün neft dövrünü arxada buraxan Azərbaycan da artıq yeni mərhələ qarşısındadır. Qeyri-neft sektorunun inkişafını əsas prioriteti olaraq elan edən məmləkətimiz, sözsüz ki, bu hədəfə elmi bacarığı və səyi nəticəsində nail olacaq. Sevindirici haldır ki, Azərbaycan gəncləri də bu sahədə ümidverdici addımlar atırlar. Son illər ali məktəblərə qəbul olunanların sırasında ən yüksək bal toplayanların artması xalqımıza bu ümidi verir və gələcəyə nikbin baxmasını şərtləndirir.

Təsadüfi deyil ki, bu il qəbul imtahanlarında maksimum nəticə əldə edən abituriyentlərimizin sayı digər illərlə müqayisədə xeyli çox olub. Müxtəlif mətbu orqanlardan topladığımız məlumatlara görə, bu il sadəcə 700 bal toplayanların sayı 21 nəfər olub. Onlardan 16-sı I və IV ixtisas qruplarında maksimum nəticə göstəriblər. II və III ixtisas qruplarında isə cəmi 7 abituriyent bu başarını əldə edib.
Bu yazıda haqqında danışacağımız Azərin Həsənli də gələcəyinə ümid bəslədiyimiz gənclərimizdəndir. Onu maksimum nəticədən sadəcə 5 bal, yəni bir sual ayırır. Topladığı 695 balla Azərin 11 illik gərgin əməyinin gözəl meyvəsiylə ailəsini və yaxınlarını sevindirib.
Azərin Həsənli Mürvət qızı 2001-ci ilin bir qış gecəsində dünyaya göz açıb. O, üstün zəkasıyla bir il tez məktəbli olmağı bacarıb və 5 yaşında ibtidai sinifə gedib. 2006-cı ildə başladığı təhsil yolunda iki məktəbin qapısını açıb. İbtidai təhsilini 129 saylı məktəbdə alan Azərin 62 saylı litseydən məzun olub.

Özünün dediyinə görə, qəbul imtahanlarında əldə etdiyi nailiyyətini 3 amilə borcludur: “ailəsindən gələn ziyalılığa, məktəb və hazırlıq müəllimlərinin öyrətdiklərinə, bir də, təbii ki, fərdi çalışmalarına”.
Azərin ziyalı bir ailənin ortancıl uşağıdır. Atası Mürvət Həsənli iqtisadçıdır. O, iqtisadi araşdırmalarla yanaşı, həm də bu biliklərin tətbiqi sahəsində də uğurlu addımlar atıb. “Xəmsə” restoranlarının sahibi olan Mürvət müəllim həm də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Zirə kəndində saldığı meyvə bağlarıyla yanaşı, toyuqçuluq sahəsində də ciddi uğurlara imza atıb. Azərbaycanın bir çox broyler müəssisələrini damazlıq yumurta ilə təmin edən bir neçə şirkətdən birinin sahibidir. Hazırda onun müəssisələrində 450-dən artıq işçi çalışır, evinə çörək aparır.
Azərinin anası Samirə xanımın da elmi sahədə ciddi uğurları var. Tibb elmləri üzrə fəlsəfə doktoru olan Samirə xanım öz övladlarının yetişməsində və təhsilində ən böyük yükü çiyinlərində daşıyıb. Bunu Azərin də etiraf edir və öz uğurunun əsası kimi anasının xidmətlərini göstərir: “Mənim və qardaş-bacımın uğurlarında anamın xidməti hər kəsdən yüksəkdir. Atamın işləri çox olduğundan bizim hər dərdimizlə əsasən anamız məşğul olub. Uğurumuza bizimlə bərabər sevinib, uğrusuzluğumuzda hər zaman yanımızda olub, bizə təskinlik verib, yol göstərib və daha yüksək nailiyyətə həvəsləndirib. Anam mənim ilk müəlliməmdir. İbtidai sinifdən son sinifə qədər mənimlə bərabər dərs oxuyub, qayğımı çəkib. Bilmədiyim hər şeyi ondan soruşmuşam. Bu mənada qəbul imtahanlarında əldə etdiyim uğurun əsas səbəbkarı anamdır. Sözsüz ki, atamın da mənim üstümdə böyük xidmətləri var. Onun zəhməti olmasaydı, bəlkə mən də bu uğuru qazanmazdım. Amma atam inciməsin, anamın mənim üzərimdə haqqı daha böyükdür”

Azərin qızımızı dinlədikcə, atalarımızın gözəl bir sözü yadıma düşürdü: “Ot kökü üstə bitər”. Həm atası, həm anası ziyalı olan Azərinin babası Tapdıq müəllim də dövrünün ziyalılarından imiş. O, yaşadığı regionun ağsaqqalı olmaqla yanaşı həm də çox savadlı tarixçi imiş. Azərinin III qrup ixtisasına yönəlməsində rəhmətlik Tapdıq kişinin qoyub getdiyi oxumaq ənənəsinin də rolu var. Hər halda Azərin belə düşünür: “Hesab edirəm ki, mənim ədəbiyyat və tarix elmlərinə daha çox yönəlməyimdə irsi təmayüllər də öz sözünü deyib. Babamı görməsəm də, onun bizim ailəyə miras qoyduğu milli-mənəvi dəyərlərimizi öyrənməyə, tariximizlə qürur duymağa, ədəbiyyatımızı sevməyə meyllilik mənim də bu sahəyə meyllənməyimə yol açıb. Mənim babalarım Aşıq Ələsgərin vətəni olan Göyçə mahalından gəliblər. Evimizdə həmişə xalq ədəbiyyatına, aşıq musiqisinə və şeirinə böyük diqqət olub. Mən də bu ocaqda yetişən birisi kimi həmişə milli dəyərlərimizə bağlı olmağa çalışmışam və inşallah çalışacağam”.

Bununla belə, Azərin hüquq sahəsinə yönəlməyi, gələcəkdə xüsusilə qadın problemləriylə mübarizə aparmağı qarşısına hədəf qoyub. Onun fikrincə, Şərq toplumu olduğumuz üçün bəzən xanımlarımız ailədaxili şiddətlərlə qarşılaşır, haqsızlığa məruz qalırlar: “Sözsüz ki, onların problemlərini qadın hüquq adamları daha rahat anlayar, xanımlarımıza hüquqi yardım göstərə bilərlər. Nə yazıq ki, cəmiyyətimizdə kifayət qədər hüquqşunas xanımlarımız azdır. İnsanlarımız hüquq elminə kişi sənəti kimi baxırlar. Halbuki, hüquq bütün insanların sığınacağı ortaq dəyərdir və cinsindən asılı olmayaraq, hər kəs bu dəyərdən öz nəsibini almalıdır. Gələcəkdə bir hüquqşunas kimi xanımlarımızın cəmiyyətdə layiq olduqları yeri tutmaları istiqamətində çalışacağam”.

Azərinin təbirincə desək, irsdən gələn təhsilə meyllilik onun mənsub olduğu ailənin digər fərdlərindən də yan keçməyib. Böyük bacısı Nəzrin ötən il 650 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. O, hazırda müalicə işi fakültəsinin tələbəsidir. Məktəbdəki uğurunu universitetdə də davam etdirir və yüksək qiymətlərlə seçilməyə çalışır. Ata babasının iziylə yürüyən Azərindən fərqli olaraq, Nəzrin anasının yoluyla irəliləmək əzmindədir.
Qardaşı Tapdıq isə hələ məktəblidir. Oxuduğu Diyanət məktəbində öz qabiliyyətilə seçilir. Təsadüfi deyil ki, bu il 7-ci sinifə keçən Tapdığın elə özü ağırlığında diplom və fəxri fərmanları var.

Azərinin yetişməsində, əlbəttə, müəllimlərinin də böyük əməyi danılmazdır. Özünün dediyinə görə, müəllimləri ondakı qabiliyyəti sezib üzərində xeyli işləyiblər. Azərin təhsil aldığı hər iki məktəbdə keçirilən bütün elm yarışmalarında və tədbirlərdə aktivliyilə seçilib. Dəfələrlə olimpiadalarda iştirak edib və qalib kimi mükafatlara layiq görülüb.
Azərinin uğurunda özünün fərdi çalışmaları da mühüm rol oynayıb. Kifayət qədər imkanlı ailənin uşağı olmasına baxmayaraq, dövrümüzün əsas hərəkətverici qüvvəsi olmaqla yanaşı, həm də insanı getdiyi yoldan ayıran komputer, telefon kimi texniki vasitələrdən bacardığı qədər uzaq dayanıb. Yüksək bal toplaması münasibətilə Mürvət müəllimin öz qızına hədiyyə etdiyi telefon onun dünyayla ilk ünsiyyət vasitəsi olacaq. Azərinin dediyinə görə, qazandığı uğurda özünü başqa məşğuliyyətlərdən tamamən ayırıb elmə-təhsilə həsr etməsi də başlıca amillərdən biridir: “Mən elə olurdu ki, gecə saat 3-ə qədər dərs oxuyur, testlərə cavab verirdim. Yuxusuz gecələrim bu nəticənin ortaya çıxmasını şərtləndirdi”.

Biz də yaşından böyük başı olan Azərinə və onun ailə üzvlərinə elm yolunda böyük uğurlar arzulayırıq. Yeni əsrin informasiya və savad dövrü olduğunu bir daha bu ağıllı balalarımıza xatırladır və gələcəyimizin onlar kimi savadlı insanların sayəsində formalaşacağına inanırıq.
Azərin, unutma ki, sənin əlində tutduğun qələm Napoleonun qılıncından daha kəskindir. Sənin 16 yaşında əldə etdiyin bu gücə fransız fatehi belə, qibtə ilə baxırdı. Hər halda bunu özü etiraf edib.

Previous Post

S&P: Azərbaycan iqtisadiyyatı ucuz neft dövrünə adaptasiyanı davam etdirir

Next Post

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Son xəbərlər

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

25 İyul 2026 - 14:26
Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

25 İyul 2026 - 14:23
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

25 İyul 2026 - 14:20
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18
Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

25 İyul 2026 - 14:06
İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

25 İyul 2026 - 14:03
Bakıda iməcilik keçirilib – FOTO

Bakıda iməcilik keçirilib – FOTO

25 İyul 2026 - 13:53
Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

25 İyul 2026 - 13:21
Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

25 İyul 2026 - 13:13
Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

25 İyul 2026 - 13:11
Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39
Ukrayna dayanmır: Bu şəhərdəki “Wildberries” də vuruldu

Ukrayna dayanmır: Bu şəhərdəki “Wildberries” də vuruldu

25 İyul 2026 - 12:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.