Amerikalı milyarder İlon Mask Fələstinə Starlink rabitə xidmətləri göstərməyə hazırdır.
Elchi.az xəbər verir ki, sahibkar X sosial şəbəkəsində bildirib ki, Starlink peyk rabitəsi Qəzza zolağına yardım göstərmək üçün “beynəlxalq tanınmış təşkilatlar” vasitəsilə Fələstin tərəfinə veriləcək.
Fələstin Milli Administrasiyasının kommunikasiya naziri Yitzhak Sadr Əl-Hədath TV- yə bildirib ki, Qəzza zolağında rabitəni bərpa etmək üçün avadanlığın alınması üçün Starlink ilə danışıqlar artıq davam edir. O qeyd edib ki, PNA bir neçə qurğu almağa hazırdır; Starlink avadanlığı Qəzza zolağına Rəfah keçid məntəqəsi vasitəsilə gətirilə bilər.
Nuranə Məmmədova