"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İlkin Süleymanov: “Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam”

02 İyun 2023 - 23:51
in CƏMİYYƏT
FacebookVatsap

İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. İlkin Süleymanov həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi 2 ildən çoxdur gedir və bu gün o, son söz deyib.

Bunu da oxuyun

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Sabahın havası açıqlanıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

Elchi.az xəbər verir ki, nəhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib.

İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: -Mən bir ziyalı ailəsində doğulmuşam.

Hakim sözünü kəsir:

– İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.

İlkin Süleymanov:

-Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma da gəlməmişdi ki, bu cinayət öz üstümdə qalacaq. Mən əvvəl polis şöbəsinə şahid kimi aparılmışdım. Şahid kimi də dindirildim. Ancaq sonra mənə ağır işgəncələr verildi. Ailəmlə hədələndim, psixoloji təzyiqlərə məruz qaldım. Deyirdilər ki, onsuz da rayonda hamı səndən danışır. Hamı deyir ki, Nərmini sən öldürmüsən. Mənə o qədər dözülməz işgəncələr verdilər ki, axırda dözmədim, hər şeyi boynuma götürdüm.

İlkin Süleymanov təhdid, təzyiq prosesində Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov, onun müavini Şahlar Cəfərov və digərlərinin adlarını çəkib.

İlkin Süleymanov sözünə davam edərək deyib ki, Nərminin ailəsindəki arxayınlıq onu məyus edib:

-Bir neçə kəlmə də Nərminin ailəsinin mənə qarşı qərəzindən danışmaq istəyirəm. Meyitlə bağlı şübhələrimiz var. Amma ailəsi ekskumasiyaya qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, ailə Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil. Əksinə, onların bir mövqeyi var ki, İlkin Süleymanov tutulub, o da cəza alsın.

Məhkəmədə çıxışlarımızda üzə çıxartdığımız saxtakarlıqların heç biri onları maraqlandırmır. Halbuki, bunlar ilk növbədə ata olaraq Şərifin özünü maraqlandırmalı idi.

Hakim İlkin Süleymanovun sözünü kəsib:

-Sənin ailə ilə işin olmasın, Şərifin adını çəkmə, özündən danış.

İlkin Süleymanov cinayətin motivi haqda cinayət işinin materiallarında yazılanlara da toxunub:

-Mən övladlığa uşaq götürürdümsə, onu niyə 47 gün soyuq otaqda saxlayırdım, ona niyə əzab verirdim? Burada məntiq yoxdur. İkincisi, mənim yaxınlarımın uşaqları var, onlardan götürüb saxlayardım. Üçüncüsü, ekspertiza rəy verib ki, mən təkliyə meylli, ünsiyyətcil olmayan biriyəm. Doğrudur. Mən niyə övladlığa uşaq götürmək istəyim? Ekspertiza mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Halbuki, həm övladlığa götürmək məqsədilə uşaq oğurlasın, həm də onu soyuq otaqda saxlasın, əzab versin – bunu anlaqsız, psixi xəstə adam eləyər…
İlkin Süleymanov prokurorun çıxışına da münasibət bildirmək istəyib. Ancaq hakim yenə sözünü kəsib.

İlkin Süleymanov son sözünü belə yekunlaşdırıb: “Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam. 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar.

Hakim bildirib ki, bu iş üzrə iyunun 5-də hökm elan olunacaq.

2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.

Məhkəmə ötən müddətdə həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.(musavat)

Previous Post

İlkin Süleymanov: “Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam”

Next Post

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

Bənzər yazılar

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25

Sabah hava necə olacaq? Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğın-xilasetmə...

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Next Post
Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm...” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm...” - VİDEO

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.