"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyev geri çəkilə-çəkilə “atəş açır”: “Hədəfdə mənəm” deyən prezident nəyə işarə etdi?

31 May 2016 - 14:37
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İlham Əliyev geri çəkilə-çəkilə “atəş açır”: “Hədəfdə mənəm” deyən prezident nəyə işarə etdi?
Uzun müddətdir, Azərbaycanın geopolitik səmasında buludlar sıxlaşmaqdadır. Rəsmi təbliğat vasitələri və bəzi dövlət vəzifəliləri “günəşli hava” haqda pafoslu proqnozlar versə də, hər kəs gerçəyin fərqli olduğunu düşünürdü. Azərbaycan qarışıq bir siyasi proseslərə qədəm qoymaqdadır, sadəcə bunun rəsmi etirafı lazım idi. Bu etiraf isə ölkənin birinci şəxsindən gəldi.

28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə ölkə prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər sakit səmada ildırım kimi çaxdı.
Savash.org xatırladır ki, dövlət başçısı tədbirdə çıxışı zamanı müəyyən qüvvələrin hədəfində olduğunu açıqlayıb. Gəlin, həmin fikirlərə yenidən göz ataq: “Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.

Etiraf edək ki, gözlənilməz bəyanatdı. Buna qədər də, dövlət başçısı müstəqil siyasət yürüdülməsindən, bunun kimlərinsə xoşuna gəlməməsindən bəhs etmişdi, amma “hədəf mənəm” sözü Azərbaycan prezidentinin leksikonunda yeni, həm də sərt ifadədir. İlham Əliyev ilk dəfədir ki, açıq şəkildə hədəfdə olduğunu dilə gətirir və konkret ad çəkməsə də onu hədəfə alanlara özünün vacib mesajını göndərir. Həmin mesaj təxminən bu mahiyyətdədir: “Təslim olmaq niyyətində deyiləm”.

Açıq şəkildə ifadə olunmasa da ittihamların Qərbə, onun siyasi təsisatlarına ünvanlandığı sirr deyil. Halbuki üzdən hər şey normal görünür: ölkə daxilində hakimiyyətə qarşı çıxa biləcək siyasi qüvvə qalmayıb, ilk baxışdan Qərblə Azərbaycan iqtidarının “bölünməyəsi malı” yoxdur. Amma indi aydın olur ki, bunlar aysberqin yalnız görünən tərəfidir, görünməyən tərəfdə isə nələrsə baş verir. Hər halda İlham Əliyevin məlum bəyanatı təsadüfi deyil və kifayət qədər informativ əsaslara söykənir.

Məsələnin maraqlı tərəfi isə dövlət başçısının sözügedən bəyanatının hər kəsin az qala “Qərblə Azərbaycan hakimiyyəti arasındakı buzlar əriyir” havasında olduğu bir vaxta təsadüf etməsi oldu.Gəlin son dövrün bəzi olaylarına diqqət edək:

ABŞ konqresinin Azərbaycana qarşı sanksiyaları müzakirəyə çıxarması və Avropa Şurası Parlament Assambleyasının məlum bəyanatı ilə gərginləşən münasibətlər prinsipcə tədrici normallığa qayıdır. Azərbaycan Prezidentinin ABŞ-a səfəri, Avropadan Bakıya gələn yüksək çinli diplomatlar və nəhayət son Qarabağ döyüşlərində ABŞ və Avropa dövlətlərinin birmənalı şəkildə Azərbaycanın öz torpaqlarını azad etmək hüququnu bəyan etməsi buzları xeyli əritmişdi. Bu arada rəsmi Bakının bir neçə siyasi məhbusu azad etməsi və bu siyahıda Qərbə yaxınlığı ilə seçilən Yunuslar ailəsinin olması da diqqətdən qaçmamalıdır. Digər bir tərəfdən üzərində dayandığımız bəyanatın səsələndirilməsindən saatlar öncə “Azadlıq” Radiosunun əməkdaşı, Qərbin çox az sayda məhbusa göstərdiyi ilgiyə layiq görülmüş Xədicə İsmayıl azadlığa buraxılmışdı. Gizlətməyə belə ehtiyac yoxdur ki, bu azadetmə Qərbin təzyiqləri sayəsində baş vermişdi. Bununla belə Azərbaycan hakimiyyəti dəfələrlə təzyiqlərə asan baş əyən tərəf olmadığını sərgiləyib. Bu baxımdan baş verənlərin yalnız təzyiq məhsulu olmadığı, ortada konkret anlaşmanın mövcudluğu fikri daha inandırıcı idi.

İlham Əliyevin yuxarıda bəhs etdiyimiz “hədəfdə mənəm” bəyanatı olmasaydı hər şeyin normallaşan xətt üzrə getdiyini düşünmək üçün kifayət qədər arqumentlər tapmaq olardı. Siyasi məhbus kimi tanınan şəxslərin bir-birinin ardınca azadlığa buraxılması isə istiləşən Qərb-Azərbaycan münasibətləri haqda moizələr üçün əla material rolunu oynaya bilərdi. Amma prezident Respublika Günündəki məşhur və şifrəli çıxışı ilə bu mövzuya nöqtə qoydu: Ziddiyyətlər nəinki yumşalmayıb, əksinə daha da dərinləşib. O ki qaldı, Qərbin tələbləri qarşısında Azərbaycanın müəyyən qədər geri çəkilməsinə (konkret halda Qərbin həbsdə görmək istəmədiyi şəxslərin azadlığa buraxılması-red) bu kimi hallar siyasətdə mütəmadi rastlanan olaylardır. Azərbaycan o ölkələrdəndir ki, böyük güclərin tələblərini sona qədər rədd edə bilməz. Amma unudulmamalıdır ki, Azərbaycan həm də o ölkələrdəndir ki, böyük gücləri özünün cəsarətli gedişləri ilə heyrətləndirə də bilir. İlham Əliyevin Azərbaycan dövlətinin yarandığı gündə həmin böyük güclərə “barmaq silkələməsi” də məhz həmin gözlənilməz cəsarətli gedişlərdən biri sayılmalıdır. Obrazlı ifadə etsək, Azərbaycanın dövlət başçısı geri çəkilə-çəkilə qarşı tərəfə “atəş açmağı” da unutmadı. Bu həm də Azərbaycan dövləti adından verilən mühüm mesaj idi: BİZ MÜƏYYƏN SƏBƏBLƏRƏ GÖRƏ GERİ ÇƏKİLƏ BİLƏRİK, TƏSLİM OLMAĞI İSƏ DÜŞÜNMÜRÜK…

Qərblə bu açıq qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağı haqda proqnozlar vermək isə o qədər də asan deyil.

Previous Post

İlham Əliyev geri çəkilə-çəkilə “atəş açır”: “Hədəfdə mənəm” deyən prezident nəyə işarə etdi?

Next Post

AZAL-ın dövlətə 650 milyondan çox borcu var

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post

AZAL-ın dövlətə 650 milyondan çox borcu var

AZAL-ın dövlətə 650 milyondan çox borcu var

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.