İlham Əliyev Maliyyə Nazirliyinə tapşırıq verdi


“Media forum” saytının məlumatına görə, prezident İlham Əliyev müvafiq tapşırığı 2015-ci ilin dövlət büdcəsi qanununun tətbiqi barədə fərmanla verib.
Tapşırıq Maliyyə Nazirliyinin konyunktura bazarından asılı olaraq dövlət istiqrazlarının buraxılması üçün həcm, tədavül müddəti və digər parametrləri müəyyənləşdirməsini nəzərdə tutur.
Xatırladaq ki, dekabrın 22-də prezident İlham Əliyev 2015-ci ilin büdcəsini imzalayıb və onun tətbiqi ilə bağlı fərman verib. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat məbləğində təsdiq edilib.