Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” qəzeti yazır ki, NATO ölkələri Ukraynaya Ukrayna prezidenti Vladimir Zelenskinin tələb etdiyi qədər silah verməyə hazır deyil.
Kiyevi artilleriya sursatları ilə təmin edən və ehtiyacları üçün artıq ehtiyatda olan Qərb ölkələri çətin seçim qarşısındadır: hərbi yardımı davam etdirmək və öz müdafiəsi üçün risklər yaratmaq, ya da Ukrayna münaqişəsini ləngitmək.
Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Cesi) tədqiqatçısı Marko Di Liddonun sözlərinə görə, bəzi Aİ ölkələri ayrı-ayrı dövlətlərin ehtiyatlarının tükənməməsi və Kiyevin tələbatının ödənilməsi üçün silah istehsalı üçün koordinasiya mexanizminin yaradılmasına çağırır.
“Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayanda biz artıq çox gecikmişdik”, – Liddo bildirib.
Şayəstə