“İkinci Qarabağ müharibəsi böyük qələbəmiz idi, həm torpaqlarımızın böyük hissəsini geri qaytardıq, həm də təxminən 28 il davam edən psixoloji gərginliyə son qoyduq. Allah şəhidlərmizə rəhmət eləsin! Onların sayəsində başımız dikdir. Ancaq bu hələ son deyil”.
Elchi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Görüləcək işlərimiz var: 1.Qarabağın tamamını separatçılardan təmizləməli və yerdə qalan ərazilər azad olunmalıdır; 2. Qarabağın tamamında Azərbaycan qanunlarının işləməsini təmin etməliyik; 3. Ermənistanla Qarabağ arasında inşa etdiyimiz alternativ yol nəzarətimizə keçməli, yolun başlanğıcında sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır; 4. Ermənistanla sərhədin müəyyənləşməsiylə bağlı sənəd imzalanmalıdır; 5. Qərbi Zəngəzur dəhlizinin işə düşməsini təmin etməliyik; 6. Ermənistanla sülh sazişi imzalanmalıdır”.
Şayəstə