"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“İki ton çaxır diplomatik yük ola bilməz” – Keçmiş nazir

19 Noyabr 2018 - 11:55
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

“Səfir təyin olunan şəxs ən azı ağıllı, psixoloji durumu yerində olmalıdır, işləmək bacarğı hansısa sahədə özünü göstərmiş şəxs olmalıdır. Hansısa xarici dil bilməsi mütləq tələb deyil. Çünki dünyada çoxsaylı dillər var və səfirin təyin olunduğu ölkənin yerli dilini bilməsi mütləq deyil”.

Elchi.az  xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, dünyada beynəlxalq səviyyədə işlədilən bir neçə xarici dil var ki, səfirin həmin dilləri bilməsi müsbətdir. Amma bu da mütləq tələb deyil.
“Səfir öz ölkəsinin tarixi, mədəniyyəti, müasir vəziyyəti – bir sözlə, ölkəsi haqda çox ətraflı biliyə, informasiyalara malik şəxs olmalıdır. Çünki səfirin işi dövlətini təmsil etmək, tanıtmaq, dövlətinin mövqeyini təbliğ etməkdir. Səfir işlədiyi ölkədə gedib çayxana söhbətlərini apara bilməz. Səfir, eyni zamanda, təşkilatçılıq bacarğına malik kadr olmalıdır. Çünki müxtəlif tədbirlər, ölkəsinin milli bayramlarından tutmuş, siyasi tədbirlərə, konfranslara, tanıtım tədbirlərinə qədər bir çox işləri təşkil etməli olur”.

T.Zülfüqarov bildirib ki, Cenevrə konvensiyasında səfirin hansı imtiyazlara, hüquqlara malik olduğu, ölkə qanunvericiliyində, “Diplomatik xidmət haqqında” qanunda isə hansı hüquqlara malik olduğu və hansı işlərin səfir üçün yasaq olduğu barədə aydın yazılıb: “İstər səfir, istər diplomatik heyətə aid imtiyazlar, hansı qaydalara əməl etmələri barədə qanunlarda müddəalar əksini tapır. Necə ki, qanuna görə, deputatlar və rəsmi dövlət məmurları üçün işlədiyi müddətdə bizneslə məşğul olmaq qadağandır, eyni ilə də səfir və ya diplomatik heyət üçün qadağandır”.

Tofiq Zülüfqarov İspaniyaya Azərbaycandan diplomatik yük olaraq 2 ton çaxırın aparılması barədə yayılanlar barədə də danışıb: “Əvvəla, mən başa düşmürəm 2 ton çaxırı diplomatk yük adı altında aparmaq nəyə lazım idi? Mən səfir işləyəndə biz də tədbirləri hazırlayarkən bəzi məhsulları Azərbaycandan gətirirdik. Məsələn, ət, balıq gətirirdik ki, ölkəmizin məhsulları kimi təqdim olunsun. O məhsulları Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi diplomatik yük olaraq göndərirdi. Diplomatik yüklə hansısa biznesmenin ixrac etdiyi yük fərqlidir. Məsələn, mən xatırlayıram, Latviyada yaşayan bir azərbaycanlı biznesmen Azərbaycandan butulkalarda çaxır ixrac edirdi və Latviyada satırdı. Çaxırlar diplomatik yük olaraq gətirilmirdi. O adam qanuni yolla bu məhsulun ixracını-biznesini həyata keçirirdi. Biz ona kömək etdik ki, Azərbaycan məhsulunun tanınması və populyarlıq qazanması üçün çaxırlar diplomatik dükanda da satılsın.

Latviyada erməni konyakı və digər məhsulları diplomatik dükanlarda geniş təmsil olunurdu. Biz də səfirlik olaraq, qeyd etdiyim həmin azərbaycanlı biznesmenə gətirdiyi Azərbaycan çaxırını diplomatik dükanlarda satması üçün kömək etdik. Həmin məhsullar diplomatik dükanda yaxşı satılırdı və tanınırdı. Xüsusi qeyd edim ki, çaxır biznesi səfirin və ya səfirlikdə işləyən başqalarının biznesi, yox, bir azərbaycanlı iş adamının biznesi idi. Biz sadəcə olaraq, Azərbaycan məhsulunun təbliğinə köməklik edirdik.

Səfirlərin bir işi də ölkəsinin məhsullarını təbliğ etmək, bu işə dəstək verməkdir. Bu günlərdə ki, İspaniyaya iki ton çaxırın diplomatik yük olaraq aparılmasıbarədə məlumatların yayılması, açığı, məndə təəccüb yaratdı. İspaniyaya aparılan 2 ton çaxırın, həqiqətən də, diplomatik yük kimi aparılması, məhsulun təbliğat üçün aparılıb-aparılmadığlı barədə dəqiq bir fikir söyləməkdə çətinlik çəkirəm. Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Yükün siyahısı göstərilir, yük xüsusi möhürlə bağlanır və səfir orada olan mallara nəzarət edir və imza atır. Ona görə də mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz”.

Previous Post

“İki ton çaxır diplomatik yük ola bilməz” – Keçmiş nazir

Next Post

Azərbaycanda ət və süd istehsalı artıb

Bənzər yazılar

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki,...

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30

Avqustun 3-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında imal-şərq küləyi...

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03

Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən...

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib. Elchi.az xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və...

Next Post
Azərbaycanda ət və süd istehsalı artıb

Azərbaycanda ət və süd istehsalı artıb

Azərbaycanda ət və süd istehsalı artıb

Azərbaycanda ət və süd istehsalı artıb

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.