Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,1% artaraq 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 417,7 min ton, süd istehsalı 2,2% artaraq 1 720,1min ton təşkil edib.
Elchi.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində ölkədə yumurta istehsalı 2,1% azalaraq 1416,5 mln. ədəd, yun istehsalı 1% azalaraq 15,7 min ton olub.
Bundan başqa, ölkədə 514 ton (keçən il 245 ton) barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.