İki amerikalı immiqrasiya mərkəzi ilə birlikdə özlərini yandırıblar – VİDEO

47

ABŞ-da immiqrasiya mərkəzini yandırmaq istəyən iki nəfər təsadüfən özlərini yandırıblar.
Elchi.az xəbər verir ki, bazar ertəsi gecə Kaliforniya ştatının Beykersfild şəhərində baş verən hadisə təhlükəsizlik kamerasına əks olunub.
Videoda şəxsiyyəti hələlik müəyyən edilməmiş iki nəfərin əllərində yanar maddə ilə mərkəzin dayanacağına gəldikləri görünür. Maska taxan insanlar qutularda apardıqları mayeni divarlara və pəncərələrə tökürlər.
Bundan sonra yanğın törədənlərdən biri mayeni alışqanla yandırdıqda alov sürətlə adamların üzərinə sıçrayır.

Hücum edənlərdən biri sürüşərək yıxıldıqdan sonra üzərinə düşən alovu söndürməyə çalışır. Şalvarı alovlanan digər şəxs də mərkəzin qabağından qaçır.
“Görüntülər çox pisdir. Ümid edirəm ki, hər iki şəxs tezliklə tanınacaq”, – Kern Dairəsi Yanğınsöndürmə İdarəsindən Endryu Friman deyib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğının 10 dəqiqə ərzində söndürüldüyünü deyən Friman binanın havalandırma sisteminin zədələndiyini bildirib.
İmmiqrasiya mərkəzi öz Facebook səhifəsində xidmətin bir müddət istifadə olunmayacağını açıqlayıb.
Mərkəz dəymiş ziyanı ödəmək üçün öz saytında ianə kampaniyasına da başlayıb.
Ümumi itki açıqlanmasa da, yanvarın 4-də başlanan və 5 min dollar toplamaq məqsədi daşıyan kampaniyaya 11 min 795 dollar ianə edilib.

Şayəstə