Çin hesab edir ki, danışıqlar prosesi Qərbin Kiyevə hərbi yardımını gecikdirir
Elchi.az “Global Times”-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinin Milad bayramı atəşkəsi təklifini rədd etməsi Ukraynadakı münaqişənin dalana dirəndiyini göstərib.
Məqalədə çinli ekspertlərə istinadən vurğulanıb ki, tərəflər arasında sülh danışıqları prosesi Qərb ölkələrinin Kiyevə göstərdiyi hərbi yardımı təxirə salır.
Təhlilçilər qeyd ediblər ki, yeni hərbi yardım paketi Qərbin hələ də vəziyyəti sakitləşdirməkdənsə, Rusiyanı yıxmaq üçün bütün imkanlardan istifadə etdiyini göstərir.
Nəşrin müəllifi vurğulamışdır ki, böhranın həllinin açarı münaqişənin hər iki tərəfində və ABŞ və NATO kimi bu münaqişədə iştirak edən qüvvələrdədir.
Şayəstə