Amerikada 27 yaşlı gənc Korey Griffin tərəfindən ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədi ilə yaradılmış “Bir vedrə buz” aksiyasına daha bir azərbaycanlı qatılıb.
ANS PRESS-in məlumatına görə, bir neçə müğənnidən sonra idmançı Kamil Zeynalov da irəli addım atıb. İdmançı başına buzlu su tökərək estafeti gözlənilməz insana ötürüb. Kamilin İnstagram səhifəsində paylaşdığı və bildirdiyi şərhi olduğu kimi sizə çatdırırıq:
“Qoşulaq və dəstək olaq. Corc Buş və digər siyasətçilər bu aksiyaya qoşula bilirlərsə, niyə Hacıbala Abutalıbov da iştirak etməsin? Axı həmişə abadlıq yaradır, indi də özü bu kampaniyaya qoşulsun, bir az suda, buzda islansın. Estafet sizindir, Hacıbala müəllim, buyurun”.
Sabah Azərbaycanda hava necə olacaq? İyulun 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında “Yanğınların söndürülməsi və insanların təxliyəsinin...
Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....
Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban...
Son şərhlər