Amerikada 27 yaşlı gənc Korey Griffin tərəfindən ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədi ilə yaradılmış “Bir vedrə buz” aksiyasına daha bir azərbaycanlı qatılıb.
ANS PRESS-in məlumatına görə, bir neçə müğənnidən sonra idmançı Kamil Zeynalov da irəli addım atıb. İdmançı başına buzlu su tökərək estafeti gözlənilməz insana ötürüb. Kamilin İnstagram səhifəsində paylaşdığı və bildirdiyi şərhi olduğu kimi sizə çatdırırıq:
“Qoşulaq və dəstək olaq. Corc Buş və digər siyasətçilər bu aksiyaya qoşula bilirlərsə, niyə Hacıbala Abutalıbov da iştirak etməsin? Axı həmişə abadlıq yaradır, indi də özü bu kampaniyaya qoşulsun, bir az suda, buzda islansın. Estafet sizindir, Hacıbala müəllim, buyurun”.
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava...
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar...
Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili...
Son şərhlər