"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İdeoloji varisliyin təkamülü

26 Noyabr 2025 - 12:35
in SİYASƏT
FacebookVatsap

Bəzən mürəkkəb mövzuları geniş auditoriyaların qarşısında bu və ya digər səbəblərdən açıq şəkildə müzakirə etməkdən çəkindiyimiz üçün ideoloji müstəvidə boşluqlar yaranır. Həmin boşluqlar “ideoloji yara” hesab olunan ucuz demaqogiya, şou qoxulu populizm, habelə təxribat xarakterli qərəzli mülahizələr ilə dərhal və məharətlə doldurulur. Bu cür “yaraların” inkişafı üçün isə ən münbit mühit məhz sağlam olmayan siyasi münasibətlər sistemidir. Əlbəttə ki, sadaladığımız “ideoloji yaralar”, ilk növbədə, cəmiyyətin parçalanması və müxtəlif xarakterli böhranların yaranmasına hesablanıb. Bəli, onu da bilməliyik ki, qeyd edilənlər heç də hansısa elmi-nəzəri təhlillərin nəticəsində gəlinmiş qənaətlər deyil. Dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, analoji ssenarilər tarixin müxtəlif mərhələlərində əksər ölkələrdə yaşanılıb. Yeri gəlmişkən, “rəngli inqilablar” və dövlət çevrilişləri də məhz “ideoloji yara” şərti adlı müxtəlif ssenarilərin təzahürləridir.

Bunu da oxuyun

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O qeyd edib ki, böyük siyasətdə illüziyalar olmamalıdır. Biz bilməliyik ki, qlobal güclər öz geosiyasi strategiyalarından əl çəkməyəcək və bu səbəbdən onların yeni təsir əraziləri uğurunda mübarizələri heç zaman dayanmayacaq. Sadaladığımız ideoloji “yaralar” konkret ölkənin siyasi sisteminin qapılarını açmaq üçün istifadə olunan açarlardır. Aparılan ideoloji manipulyasiyalar vasitəsilə siyasi münasibətlər sistemi xroniki xəstəliyə yoluxur, bunun nəticəsində isə ölkədə böhranın yaşanması qaçılmaz olur. Müstəqilliyin ilk illərində postsovet məkanı uğrunda qlobal güclər arasında gedən qızğın geosiyasi mübarizə zamanı biz bu cür ssenarilərinin inkişafına şahidlik etmişdik.

Bəli, həmin illərdə Azərbaycanın siyasi sistemi qeyd olunan xəstəliyə çox ağır şəkildə yoluxmuşdur. Ucuz demaqogiya, şou qoxulu populizm, cılız təxribatlar, avantürizm və təcrübəsizlik dövlətimizi faktiki olaraq “olum” ilə “ölüm” seçimi qarşısında üz-üzə qoymuşdu. Bütün ağır təfərrüatlara varmadan deyə bilərik ki, həmin müddət ərzində ölkəmizdə yaşanmış anarxiyanı xarakterizə edən əsas məfhumlar da elə məhz demaqogiya, populizm, avantürizm və təcrübəsizlikdir.

Həmin dövrdə qeyd etdiyimiz ideoloji “yaranın” geriyə dönməz “qanqren” səviyyəsinə qədər inkişaf etməsinin qarşısını ala biləcək yeganə qüvvə məhz Ulu Öndər Heydər Əliyev amili idi. Təlatümlü, olduqca mürəkkəb, həssas və kövrək dövrdə yalnız Ulu Öndər amili milli birliyi və ictimai həmrəyliyi qoruya bilərdi. Elə də oldu. Milləti birləşdirən qüvvə məhz Heydər Əliyev oldu. Təkcə ölkədə və regionda yox, Ulu Öndər obrazı ilə həm də beynəlxalq münasibətlər sistemində hamı hesablaşmağa məcbur idi. Bütün tərəf və qüvvələrin Ulu Öndər obrazı ilə hesablaşmasının nəticəsində bu gün bəhrəsini yaşadığımız dayanıqlı inkişafın sarsılmaz bünövrəsi qoyulmuşdur. Milli həmrəyin təminatçısı olan Ulu Öndər amili həm də dövlətimizin müxtəlif “yaralara” qarşı güclü immuniteti kimi çıxış etmişdir.

“Yenə də illüziyalardan uzaq dayanaq və unutmayaq ki, milli həmrəylik yaşanan ölkələr qlobal oyunçuların geosiyasi strategiyalarının qarşısında dayanan əsas maneələrdir. Ona görə də dünyada psevdodemokratik və ultraliberal şüarlar ilə süni şəkildə individualizm bütləşdirilir. Təsadüfi deyil ki, ideoloji, dini və ya demokratik manipulyasiyalar ilə konkret cəmiyyətdə yaşanan həmrəylik mühitinin boğulmasına yönəlmiş davamlı təxribatlara şahidlik edirik. Bu mənada müxtəlif tendensiya və ideoloji təbliğatın nəticəsində ailə və ağsaqqal kimi institutların tədricən unudulması heç də təsadüfi deyil. Müasir cəmiyyətlərdə “biz” düşüncə paradiqması “mən” düşüncə tərzi ilə sürətlə əvəzlənir. Heç şübhəsiz ki, mövcud tendensiyalar təsadüfi deyil və onların yuxarıda sadaladığımız “ideoloji yaralar” ilə bilavasitə əlaqəsi var.

Bəli, bu cür siyasi “anomaliyalar” doğma məmləkətimizdə də olmuşdur. Hətta ehtimal edə bilərik ki, regionumuzda maraqları olan qlobal geosiyasi oyunçuların beyin mərkəzlərinin müəyyən hesablamalarına görə Ulu Öndər kimi cəmiyyəti birləşdirən nəhəng amildən sonra Azərbaycanın həmrəylik mühitində müəyyən çatlamalar baş verməli idi. Sözsüz ki, Ulu Öndər nəhəng amildir və bu cür şəxslər heç də hər bir xalqın taleyinə qismət olmur. Şəxsi siyasi simpatiyaların məzmunundan asılı olmayaraq hər kəs ədalət naminə etiraf edə bilər ki, həmin o təlatümlü dövrdə müstəqilliyi və dövlətin fiziki mövcudluğunu yalnız Ulu Öndər kimi bir qüvvə xilas edə bilərdi.

Ancaq qlobal oyunçuların beyin mərkəzləri öz təhlillərində yanıldılar. Azərbaycan xalqı öz birliyini və cəmiyyətdəki həmrəylik mühitini qorumağa müvəffəq oldu. Xalqın milli təfəkküründə Ulu Öndər kimi nəhəng obraz ilə müqayisə oluna biləcək ikinci yüksək məfhum yalnız Müzəffər Ali Baş Komandan obrazı ola bilərdi. Elə də oldu.

Azərbaycan xalqı, sadəcə, həmrəyliyi qorumadı, həm də Qalib xalq oldu. Öz inamını qoruyaraq, səbirlə çalışaraq, bütün müqavimətlərə üstün gələrək, ildən-ilə gücünü artıraraq öz Liderinin peşəkar və prinsipial siyasəti sayəsində tarixi ədaləti bərpa etdi və Qalib xalq oldu. Xalqın Lideri isə Müzəffər Ali Baş Komandan statusuna qədər ucaldı. Bu ad və status Ulu Öndər adı qədər ucadır və bu ad yalnız seçilmiş tarixi şəxslərə qismət ola bilər. Müasir tarixdə Müzəffər Ali Baş komandan adına layiq ola biləcək ikinci belə bir şəxs yoxdur. Unutmayaq ki, bunlar hamısı Azərbaycan xalqının tarixidir”, – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Ulu Öndər və ya bizim uşaqlarımızın sevgi dolu hisslərlə dilə gətirdikləri “Heydər baba” obrazı böyük Azərbaycan xalqı üçün nə qədər doğma və əzizdirsə, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan adı da bir o qədər hər bir azərbaycanlı üçün şəxsi qürur və iftixar mənbəyidir. Münaqişənin gələcəyi ilə bağlı hətta ən optimist proqnozlarda belə Xankəndinin adı dilə gətirilmirdi. Yuxarıda bəhs etdiyimiz “ideoloji yaralar” vasitəsilə cəmiyyətdə hətta “inkişaf naminə ərazilərdən imtina etmək lazımdır” kimi xain fikirlərin tirajlanmasına dair cəhdlər edilirdi. Yalnız Müzəffər Liderə məxsus olan keyfiyyətlər sayəsində Prezident İlham Əliyev millətin inamını və cəmiyyətdə həmrəyliyi qoruyaraq ildən-ilə xalqı öz Qələbəsinə yaxınlaşdırırdı. Qələbəni əldə edərək biz milli qürurumuzu ərazi suverenliyimiz kimi tam olaraq bərpa etdik. Müzəffər Ali Baş Komandan adının millət və xalq üçün dəyəri budur.

“Necə ki, öz xəstə ambisiyalarının qulları və düşmənlərin maşaları olan yaramaz xislətli siyasi spekuyantlar zamanında Ulu Öndərin xarizmasından boğulurdularsa, indi də Müzəffər Ali Baş Komandan adının böyüklüyü onların cılızlıq və natamamlığını ifşa edir. Azərbaycanda həmrəylik mühitini qoruyan ideoloji varisliyin təkamülü budur və bəzi ölkələrin beyin mərkəzləri bu amili hesablaya bilmədikləri üçün yanıldılar. “Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var”, – budur Prezident İlham Əliyevin bütün demaqoji təxribatlara cavabı. Dövlət başçısının Müzəffər Ali Baş Komandan adının beynəlxalq etirafı isə budur: “Siz böyük lidersiniz”, – cari il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi sözlər. Odur ki, tarixin dərslərini unutmamalıyıq, habelə əldə olunmuş Qələbənin və milli həmrəyliyin qorunması naminə hamımız bir nəfər kimi qollarımızı çırmalayıb çalışmalıyıq”, – deyən Asif Adil fikirlərini yekunlaşdırıb.

Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Yermak Trampın rədd cavabından məyus oldu

Bənzər yazılar

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul...

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51

Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığının təbliği və gənc nəslə çatdırılması məqsədilə "Şeir oxu" günlərinin keçirilməsini təşkil etməliyik. Elchi.az xəbər verir...

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında...

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Next Post
Yermak Trampın rədd cavabından məyus oldu

Yermak Trampın rədd cavabından məyus oldu

Zaxarova Leyeni ƏLƏ SALDI

Zaxarova Leyeni ƏLƏ SALDI

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

05 Oktyabr 2026 - 10:12
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

05 Oktyabr 2026 - 09:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.