"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İctimai, yoxsa əxlaqsız nəqliyyat? – Problem nə zaman düzələcək

08 İyul 2016 - 14:11
in XƏBƏR LENTİ
FacebookVatsap

“Sayğac 3 manat 70 qəpik vurmuşdu. Məndə də 3 manat, bir də bütöv 20 manat var idi. Taksi sürücüsünə dedim ki, pulunu çıx. Dedi ki, xırda yoxumdur. Dedim o zaman düş, dükanda xırdala. Dedi ki, zəhmət çək özün xırdala. Mən də dükanda xırdalayıb acıqla dedim ki, indi düş gəl pulunu apar. Xeyir ola, həm xırda pulun yox, həm xırdalamaq istəmirsən, həm də zəhmət çəkib gəlib heç olmazsa mənim xırdaladığım pulu da götürmək istəmirsən?

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

 

Taksi sürücüsünün cavabı:

– Özün gətirməsən polisə gedib deyəcəyəm ki, düşəndə maşından da şey-şüy götürmüsən”.

 

Bakı şəhəri, London taksilərindən birində sərnişin-sürücü söhbətindən bir fraqmentdir. Görəsən dünyanın hansısa ölkəsində taksi sürücüsünün  sərnişini polislə hədələmək adəti var?

Bakı şəhəri. Yasamal rayonu.

 

Hələ bu nədir ki?..

 

Karam, lalam, koram

“Bu gün saat 07 radələrində 55 nömrəli marşrutla 208 nömrəli marşrutun sürücüləri yol davasına çıxıb. Səhv başa düşməyin, onlar dar yolda bir-birlərinə yol vermək üstündə dava etməyiblər. Başımızın üstündə Allah var. Yolun eni kifayət qədərdir. Məqsəd iki saniyə öndə getmək olub. Birdən 208 nömrəli avtobusun sürücüsü bir az irəli keçib və rəqibinin qabağını kəsib. Elə hər şey də bundan sonra başlayıb. Avtobus sürücüləri bir-birinə elə söz deyiblər, elə söyüşlər işlədiblər ki, burada uzun bir üç nöqtə yerinə düşər. Söyüşlə ürəkləri soyumayan sürücüdən biri avtobusu digərinin üzərinə sürüb. Daha sonra özünü məğlub hiss edən, həmkarına ürəyindəki bütün söyüşləri çatdıra bilmədiyini düşünən 208 nömrəli marşrutun sürücüsü avtobusu yolun ortasında saxlayıb. “Müdriyyət”ə zəng vurub, bu cür işləməyəcəyi bəyanatını verib. Qarşı tərəfdən eşitdiyi cavab onu məmnun etmədiyindən avtobusu yolun ortasında saxlayıb, əda ilə “sürmürəm” deyib. Yaşı 40-ı keçmiş kişi 5-10 dəqiqə dayanandan sonra nəhayət  uşaq olmadığını xatırlayıb. Yoluna davam edib. Bu söhbət müddətində isə hər iki sürücü idarə etdiyi avtobusdakı onlarla sərnişini nə görüb, nə də insan yerinə qoyub. Onlardan gələn qışqırıq səslərini isə eşitməyib. Kardırlar, laldırlar, kordurlar”.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.

 

Heç taksi sürücüsünün nazını çəkmisiniz?

“Bu günlərdə zəng vurub taksi sifariş verdik. Bu xidmət bir çoxlarının işini asanlaşdırıb. Taksi dediyin yerdə dəqiq vaxtda olur. Amma vay o günə ki, deyilən vaxtdan 5 dəqiqə tez gələ. Bu zaman vaxtı qızıldan qiymətli olan sürücü alır telefonu əlinə…

“Harda qaldınız?”, “Bayaqdan gözləyirəm”, “Tez olun” kimi sözlərlə  adamı elə danlayır ki, heç sevgilisi görüşə gecikən oğlanı belə danlamaz.

“Atam balası, nə olub ki? 5 dəqiqə tez gəlmək baş ucalığındır. Amma mənə filan vaxt demisən, mən də işimi ona uyğun qurmuşam” – demək heç nəyi dəyişdirmir.

Bakı şəhəri, bütün küçələr

 

Sərnişin oğruları

Nə vaxtsa “20 Yanvar” metrostansiya qarşısında taksi sürücüsünün ovu olmusunuz? Oradan yolunuz düşməyibsə, heyflənməyə dəyməz. İndi şəhərin mərkəzi küçələrində oxşar hal yaşanır…

Sıra ilə düzülmüş “London taksi”lərinin sürücüləri yoldan keçən, digər taksilərə minmək istəyənləri az qala qolundan tutub başına salırlar. Kənardan keçən və bir az ətrafa qarşı həssas olan adam bu mənzərəni adam oğurluğu kimi qəbul edib, “102”yə zəng vurar. Bu mövzuda isə sürücülər heç bir iradı qəbul etmirlər. Axı mən müstəqil insanam, hansı taksiyə istəsəm minərəm. Mübahisə uzansa, “Qardaş, bura mənim zonamdı”(xüsusi ləhcə ilə) deyə cavab da almış olursunuz.

Bakı şəhəri. Səbail rayonu.

 

Bu son günlər paytaxtın ictimai nəqliyyat və taksi xidmətlərindən olan müşahidələrdir. Elə bilməyin ki, bu problem elə bu bir ayda yaranıb. Əvvəlcə sürət həddinin bir az artması ilə başlayan bu problem bu gün sürücünün sərnişini döyməsi, söyməsi həddinə çatıb.

 

Bu gün illərlə üst-üstə yığılmış problemlərinin həlli ilə Bakı Nəqliyyat Agentliyi məşğul olur. Agentliyin sözçüsü Nuridə Allahyarova sadaladığımız problemləri dinlədikdən sonra bu hallarda “141” xidmətinə müraciət etməyi məsləhət gördü: “Bu halla qarşılaşanlar həmin anda “141”ə zəng edə bilərlər. Problemdən asılı olaraq həmin gün, ya da 5 gün müddətində həll edilib, nəticə barədə şikayətçiyə məlumat veriləcək”.

 

Problemə kökündən son qoyulması üçün isə N.Allahyarova vaxt istədi: “Həm ictimai nəqliyyat, həm də taksilərlə bağlı xüsusi konsepsiya hazırlanır. Birdən-birə bütün problemi həll edəcəyik, bütün taksi və avtobuslar yüksək xidmət göstərəcək deyə söz vermək istəmirik. Bütün taksi xidmətləri və avtobus şirkətləri qarşısına tələblər qoyulub. Həmin tələblərdə ən müasir taksi xidmətinin qurulması üçün görüləcək işlər qeyd olunub. Bu problemləri avtobuslarda həll etmək daha asan olacaq, nəinki fərdi taksi sürücüləri ilə. Çünki fərqi taksilər həm sürücü, həm də sahibkardır. Bir-iki aya hər şeyi həll etmək mümkün deyil”.

 

Taksilərin, avtobusların harada, necə dayanmaq, necə hərəkət etmək məsələləri ilə bağlı qaydalar qoyaraq tənzimləmək mümkündür. Bəs sürücülər necə? Onların sərnişinlə danışıq tərzi, seçiləcək ifadələr tənzimlənə biləcək?

 

N.Allahyarova bu məsələni də həll edəcəklərinə söz verdi: “Bu gün “BakuBus” sürücüləri yerli əmək bazarından seçilib və onların davranışları göz önündədir. Yəni qaydalar qoyulacaq və cəza tədbirləri tətbiq ediləcəksə, sürücülərin də problemləri həll olacaq”.

 

Söz veriblərsə, yəqin əməl edərlər!

Previous Post

İctimai, yoxsa əxlaqsız nəqliyyat? – Problem nə zaman düzələcək

Next Post

Putinlə görüşün dəqiq tarixi razılaşdırılmayıb` – Ərdoğan

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

Putinlə görüşün dəqiq tarixi razılaşdırılmayıb` - Ərdoğan

Putinlə görüşün dəqiq tarixi razılaşdırılmayıb` - Ərdoğan

Son xəbərlər

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

12 İyul 2026 - 18:00
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

12 İyul 2026 - 17:53
Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı

12 İyul 2026 - 17:49
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

12 İyul 2026 - 17:29
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

12 İyul 2026 - 17:17
“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 - 17:10
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.