Hollandiyalıların təxminən yarısı ölkənin köləlik tarixinə görə rəsmi üzr istəməyə qarşıdır.
Elchi.az xəbər verir ki, Hollandiya hökuməti dekabrın 19-da dünyanın 8 yerində köləlik tarixinə görə rəsmi üzrxahlıq edəcək.
NOS ictimai yayımının sorğusuna əsasən, 55 faiz Hollandiya hökumətinin keçən il köləlik tarixlərinə görə üzr istəməsini istəmədiyi halda, bu il 49 faiz idi.
Üzrxahlıq istəyənlərin nisbəti keçən il 31 faizdən bu il 38 faizə yüksəlsə də, hollandların təxminən yarısının hökumətin üzr istəməsini dəstəkləməməsi diqqət çəkir.
Araşdırmaya görə, üzrxahlığı dəstəkləyənlərin əksəriyyəti mühacir mənşəlidir, Surinamlıların üçdə ikisi üzr istəməyi dəstəkləyir.
Şayəstə