Hollandiyanın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Lisye Şraynemaxer, 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Hatay səfərindən sonra verdiyi açıqlamada, zəlzələ bölgələrinin yenidən qurulmasına töhfə vermək istədiklərini söylədi.
Elchi.az xəbər verir ki, Şraynemaxer öz “Twitter” hesabında bu həftə Türkiyəyə səfər etdiyini və dağıntının böyüklüyünə görə kədərləndiyini və yardımların davam etməsi lazım olduğunu bildirib.
Hollandiyanın zəlzələ başlayandan bəri təcili və humanitar yardım materialları göndərdiyini qeyd edən Şraynemaxer, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün Hollandiyada yardımların toplandığını xatırladıb.
Şraynemaxer Hollandiyanın Türkiyədəki təcili yardımdan sonra yenidənqurma prosesinə enerji, tikinti və infrastruktur şirkətləri və maliyyə yardımı ilə töhfə vermək istədiyini bildirdi.
Hollandiya iş dünyasından olan infrastruktur mütəxəssislərinin də iştirak etdiyi səfərdə bunun zədələnmiş su infrastrukturunun təmirinə, zəlzələdən zərərçəkənlərin təmiz və içməli suya çıxışına töhfə verdiyi bildirilib.
Yeganə