Hollandiya Ukraynanı Kiyevi alyansa yaxınlaşdırmaq üçün NATO ilə uyğunlaşacaq müasir və səmərəli Silahlı Qüvvələr yaratmağa kömək etməyə çağırıb. Elchi.az xəbər verir ki, bu çağırışı Krallığın xarici işlər naziri Vopke Hoekstra Osloda NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin görüşündən sonra “Twitter” səhifəsində edib.
Diplomat əlavə edib ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya dəstək və Ukrayna ilə NATO arasında əlaqələrin möhkəmləndirilməsi Hollandiya üçün əsas mövzular olacaq.
Qeyd edək ki, Alyansın baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, NATO təhlükəsizliyi bərpa etmək və NATO ilə tam qarşılıqlı fəaliyyət göstərmək üçün Ukraynaya Sovet silahlarından imtina etməyə kömək etmək üçün möhkəm maliyyə ilə çoxillik dəstək paketi hazırlayır.
Havar Şəfiyeva