Gürcüstan vətəndaşı ukraynalı arvadını müavinətlə bağlı münaqişə zəminində vəziyyətdə öldürdüyünə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Elchi.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri yazır.
Nəşrin məlumatına görə, cütlük Almaniyaya Xarkovdan qaçqın kimi gəlib. Ukraynada yük maşını sürücüsü kimi işləyərək ailəni saxlayıb, lakin Avropaya gəldikdən sonra vəziyyət dəyişir.
Cinayət baş verən zaman ailə üç ay Berlində yaşayıb və müavinətlə bağlı dəfələrlə mübahisə edib.
Qətl baş verən gün əri ondan Gürcüstana getmək üçün 900 avro verməsini istəyib. Lakin ukraynalı qadın verməkdən imtina edib və kişi qadını ögey qızının gözü qarşısında bıçaqlayıb.
Havar Şəfiyeva