"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hökumətin dövlət büdcəsi ilə bağlı tərəddüdləri…

11 Fevral 2015 - 22:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Hökumətin dövlət büdcəsi ilə bağlı tərəddüdləri...

Bunu da oxuyun

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Ekspertlər hökumətin büdcənin parametrlərini yenidən müzakirə etdiyini ehtimal edirlər və maliyyə vəsaiti qıtlığının olduğunu düşünürlər

Maliyyə ilinin ikinci ayı yarıya çatsa da, hələ büdcə açılmayıb. Bununla bağlı məlumat verən mənbə bildirir ki, büdcə ilə bağlı çox gərgin və ciddi müzakirələr gedir.
Ehtimallara görə, büdcəyə yenidən baxılması müzakirə mövzusudur. Ola bilsin ki, hökumət büdcənin parametrlərini yenidən gözdən keçirilə bilər. Artıq qəbul olunmuş büdcədə dəyişikliklərin edilmə ehtimalı az deyil.
Ekspertlərin fikrincə, Maliyyə Nazirliyi ciddi seçim etməlidir və hansısa sahələrə ayırmalar azaldılmalı və vəziyyətdən çıxış yolları axtarılmalıdır. Neftin dünya bazarında qiymətinin büdcədə nəzərdə tutulduğundan az olması hökuməti tərəddüdə salıb.
İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyinin vəsaitlərin ixtisarı üçün müxtəlif variantlar üzərində işləməsi istisna deyil.
“Bu, büdcədən ayrılan vəsaitin, nəzərdə tutulmuş vəsaitin son hesablara köçürülməsinin başa çatmaması ilə əlaqəlidir. Məsələn, hər hansı bir quruma, idarəyə vəsait ayrılması büdcədə nəzərdə tutlub. Amma həmin vəsait Maliyyə Nazirliyi tərəfindən həmin təşkilatın hesabına hələ tam köçürülməyib. Yəni bu, əvvəllər də olurdu. Amma yanvar ayında bu proses demək olar ki, yekunlaşırdı. Bu il bəzi idarələrdə və bəzi təşkilatlarda prosesin ləngiməsi ola bilər ki, büdcə ilə bağlı tərəddüdlərin olması ehtimalı ilə bağlıdır. Bu, Maliyyə Nazirliyində büdcənin parametrlərini yenidən gözdən keçirmək kimi bir məsələ ilə əlaqədar ola bilər. Çox təəssüf ki, bununla bağlı doğru-dürüst, şəffaf məlumat verilmədiyindən, hansısa ehtimallardan danışmaq olar. Başqa ölkələrdə, neftdən asılı ölkələrdə məsələn, elə qonşu Rusiyada maliyyə naziri televiziyalardan düşmür. Hər gün açıqlamalar verir, büdcədə olan optimallaşdırma ilə bağlı hansı hərəkətlərin olacağı ilə bağlı ictimaiyyəti məlumatlandırır. Bizdə isə nazirliklərin, o cümlədən də, Maliyyə Nazirliyinin belə bir şəffaf fəaliyyət görmürük. İctimaiyyətə məlumatlar vermirlər. Amma ehtimal olunur ki, çox güman, artıq qəbul olunmuş büdcənin bəzi parametrlərini yenidən gözdən keçirmək kimi bir tapşırıq var Maliyyə Nazirliyinə. Ola bilər ki, Maliyyə Nazirliyi hazırda bu işlə məşğuldur. Hansı təşkilatlara ayırmalarda kəsintiyə getməyin mümkünlüyü haqqında çox güman ki, düşünürlər, büdcənin üzərində işləyirlər. Buna görə də bəzi təşkilatların da büdcədə nəzərdə tutulmuş vəsaitlərinin hesablarına köçürülməsi ləngiyir”, – deyə o, qeyd edib.
İqtisadçı alim Vüqar Bayramov də bildirib ki, büdcənin açılmaması anlayışı daha çox Maliyyə Nazirliyi tərəfindən vəsaitin digər büdcə qurumlarına ayrılmamasını nəzərdə tutur: “Nəzərə alsaq ki, adətən büdcənin açılmamasına ilin ilk ayında –  yanvarda, bəzi hallarda fevral ayında rast gəlinir. Çünki büdcənin gəlirlər hissəsi formalaşmalıdır. Büdcənin gəlirlər hissəsi formalaşan zaman artıq formalaşmış gəlirlərə uyğun olaraq vəsait dövlət qurumlarına ayrılır. Məsələn, Maliyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə ayrılır. Adətən yanvar ayında vəsait ayrılmasının çətinliyi yaranır. Çünki birinci aydır, büdcənin gəlirlər hissəsi formalaşmayıb. Xüsusən də neftin dünya bazarında qiyməti aşağı düşdüyü üçün bu, neftdən daxilolmaların azalmasına gətirib çıxarır. Digər qurumlar da vergini növbəti ay ödədiklərinə görə büdcənin gəlirlər hissəsinin formalaşmasında müəyyən çətinliklər yaradır. Maliyyə Nazirliyi də yanvarda digər qurumlar üçün büdcəni açmır və ya tam aça bilmir. Büdcənin tam açılmaması anlayışı maliyyə ilinin ilk ayında, yəni yanvarda müşahidə olunur. Səbəb də gəlirlərin nisbətən az formalaşması səbəbindən xərclərə əməl edilməsi ilə bağlı çətinliyin olmasıdır. Artıq bu zaman xərclərə əməl etməkdə müəyyən çətinliklər formalaşır. Çətinliklər olduğu üçün də büdcəni açmaq mümkün olmur”.
Ekspertin sözlərinə görə, artıq maliyyə ilinin ikinci ayıdır və büdcənin açılmaması narahatlıq yaradır: “Neftin qiyməti aşağı düşdüyü üçün güman olunur ki, yanvar ayında büdcə daxilolmaları proqnozlaşdırıldığına nisbətən az olacaq. Çünki neftin dünya bazarında qiyməti də aşağı oldu. Büdcədə 90 dollar nəzərdə tutulmasına baxmayaraq, kəskin ucuzlaşdı. İndi təxminən 60 dollardır. Bu da təbii ki, büdcə daxilolmalarına təsir göstərir. Eyni zamanda, şirkətlər, özəl sektor adətən vergi ödənişlərini növbəti il həyata keçirdiyi üçün bu da təbii ki, özəl sektordan büdcəyə daxilolmalara təsir göstərməkdədir. Ona görə də, yanvar ayının yekunlarında büdcənin açılmaması müşahidə edildi. Büdcənin açılmaması da qurumlara Maliyyə Nazirliyi tərəfindən vəsaitin ödənilməməsi anlamına gəlir”.
V.Bayramov qeyd edib ki, adətən yanvar ayının ortalarına qədər açılmalı olan büdcənin fevralın ortasında açılmaması sırf neft amili ilə bağlıdır: “Ancaq bu, o demək deyil ki, heç bir xərc açılmır. Adətən, bizdə yanvar ayında xərclərin açılmasında yubanmalar olur. Amma 2014-cü illə müqayisədə problem nisbətən fərqlidir. 2014-cü ilin yanvar ayında neftin dünya bazarında qiyməti yüksək idi. Bu ilin yanvarında isə ötən ilə nisbətən neft 40 faiz ucuzlaşıb. Bu azalma da daxilolmalara təsir göstərdi. Buna görə də əvvəlki il yanvarın sonuna doğru büdcənin açılması həyata keçirilmişdisə, bu il neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi səbəbindən bu müddət fevral ayına keçdi”.

 

Previous Post

Hökumətin dövlət büdcəsi ilə bağlı tərəddüdləri…

Next Post

Qarabağ separatçısı ilə görüş “İŞİD”-çi ilə görüşdür

Bənzər yazılar

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur. Elchi.az -ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza...

Next Post

Qarabağ separatçısı ilə görüş “İŞİD”-çi ilə görüşdür

Qarabağ separatçısı ilə görüş “İŞİD”-çi ilə görüşdür

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.