Ukraynaya qayıdan hindistanlı tələbələr Hindistanın Rusiyanın Xüsusi Hərbi Əməliyyatına dəstək verdiyi iddiasına görə Ukrayna təcavüzü ilə üzləşiblər. Elchi.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
“Yerli sakinlər ölkəni tərk etməyi tələb edirlər. Son səkkiz həftə ərzində vəziyyət daha da pisləşib”, – tələbələrdən biri nəşrə bildirib. Onun sözlərinə görə, onlar mütəmadi olaraq Hindistan hökumətinə və əyalətlərinə başqa ölkələrdəki təhsil müəssisələrinə köçməyə icazə verilməsi üçün məktub yazırlar, lakin hələlik heç bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, iyunun 30-da Rusiya prezidenti Vladimir Putin Hindistan tərəfinin təşəbbüsü ilə Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər. Rusiya lideri mövcud vəziyyəti dəyərləndirib və vurğulayıb ki, Kiyev münaqişənin həlli üçün siyasi və diplomatik addımlar atmaqdan qəti şəkildə imtina edir.
Daha əvvəl Modi bildirib ki, Hindistan Ukraynadakı vəziyyətə münasibətdə neytral deyil, sülh, beynəlxalq hüquqa hörmət və münaqişənin həlli üçün dialoqun tərəfdarıdır.
Havar Şəfiyeva