Hindistanın Uttar Pradeş əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində yaxınlıqdakı evlərdə yaşayan 11 nəfər ölüb, 5 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Hindistan mediası Uttar Pradeşin Kauşambi bölgəsindəki fişəng fabrikində partlayış baş verdiyini bildirib. Hakimiyyət orqanları partlayışdan sonra xəstəxanaya aparılan uşaqlar da daxil olmaqla 11 nəfərin öldüyünü bildirib. Hakimiyyət orqanları əlavə edib ki, ölənlərin hamısı fabrikin yaxınlığında yaşayır və yaralanan 5 nəfər hələ də müalicə alır.
Şayəstə





















