Belçika saatda 20 kilometrdən çox sürətə malik elektrikli skuter istifadəçiləri üçün məcburi dəbilqə tələbi tətbiq edib.
Elchi.az xəbər verir ki, Belçikada elektrikli skuter istifadəsində təhlükəsizliyi artırmağı hədəfləyən yeni qayda 1 sentyabrda qüvvəyə minib.
Qaydaya əsasən, saatda 20 kilometrdən çox sürətə malik elektrikli skuter istifadəçilərinin dəbilqə taxması məcburidir.
Dəbilqə tələbi skuterin əslində hərəkət etdiyi sürəti deyil, dizaynla çata biləcəyi maksimum sürəti nəzərə alacaq. Beləliklə, saatda 20 kilometrdən çox sürətə çata bilən skuterlər daha aşağı sürətlə istifadə olunsa belə, dəbilqə taxmaq tələb olunacaq.
İstifadəçilər moped və ya velosiped dəbilqələri taxa bilərlər.
Saatda 20 kilometrdən çox sürətə malik elektrikli skuterlər dəbilqə tələbindən azad olacaqlar.
Yeni dəbilqə tələbinə əməl etməyənlər 64 avro cərimə ilə yanaşı, 10,67 avro inzibati rüsumla da cəzalandırılacaqlar.
Brüsseldə elektrikli skuterlərin sürəti saatda 20 kilometrlə məhdudlaşdırılıb, yəni bu sürəti aşa bilməyən ortaq elektrikli skuterlər dəbilqə tələbindən azad olacaq. Bu yeni qayda ilə Belçika, elektrikli skuter istifadəçiləri üçün oxşar dəbilqə tələblərinə malik Avropa ölkələri olan Danimarka, İtaliya və Xorvatiyaya qoşulur. Belçikada ictimai yollarda saatda 25 kilometrdən çox sürətlə elektrikli skuterlərdən istifadə artıq qadağan edilmişdi. Ölkədə elektrikli skuterlərin istifadəsinin artması ilə bu nəqliyyat vasitələrinin iştirak etdiyi qəzaların sayında da artım müşahidə olunub. Keçən il Belçikada elektrikli skuterlərin iştirak etdiyi qəzalarda təxminən 2500 nəfər xəsarət alıb.
Şayəstə





















