Almaniyanın müdafiə şirkəti “Donaustahl”ın təsisçisi Stefan Tuman Berlin və Moskvanın artıq müharibə vəziyyətində olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Almaniya və Rusiya müharibə vəziyyətindədir”, – deyə o bildirib.
Bununla belə, Tuman Avropadakı vəziyyəti təsvir etmək üçün bir sıra avropalı siyasətçilərin istifadə etdiyi hibrid müharibə terminini işlətməkdən imtina edib.
O, həmçinin rəhbərlik etdiyi “Donaustahl” şirkətinin Ukraynaya döyüş dronları tədarük etdiyini açıqlayıb.
Daha əvvəl Almaniyanın Azad Demokratik Partiyasının lideri Volfqanq Kubicki Almaniya hökumətini Ukraynaya “Taurus” raketlərinin verilməsi ilə Rusiyanı təhdid etməyə çağırmışdı. Onun sözlərinə görə, bu, Berlinə qarşı yönəlmiş “hibrid təhdidlər”ə cavab rolunu oynamalıdır.
Yeganə





















