BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada tam və dərhal atəşkəsə çağırıb.
Elchi.az xəbər verir ki, o, bu bəyanatı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı səsləndirib.
“Dörd ildən çox vaxt keçdikdən sonra Ukraynada tam və dərhal atəşkəsin vaxtı çatıb”, – deyə o bildirib
Onun sözlərinə görə, bu addım beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhə dair danışıqlara yol açacaq.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, BMT dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platforma rolunu oynayır, lakin onun potensialı hələ tam reallaşdırılmayıb. O, həmçinin qeyd edib ki, BMT maraqların uzlaşdırılması üzrə əsas mexanizm kimi öz rolunu qorumalıdır və bir ölkənin və ya ölkələr qrupunun maraqlarının irəli sürülməsi yolverilməzdir.
Yeganə





















