Hindistanın Assam və Meqqxalaya ştatlarında daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
Bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.
Bundan əvvəl 31 nəfərin öldüyü açıqlanmışdı.
Musson yağışların yol açdığı daşqınlar 3,1 milyon insana ziyan vurub. Üçü uşaq olmaqla, 10 nəfər itkin düşüb.
Assam ştatında 4 min kənd su altında qalıb, insanlar 514 düşərgədə yerləşdirilib.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...