Hindistan 2019-cu ildən bəri ilk dəfə Rusiyadan ümumi həcmi 118 ton olan uran partiyasını alıb.
Elchi.az bu barədə RİA.ru-ya istinadən bildirir.
Hindistanın Ticarət və Sənaye Nazirliyi bununla bağlı məlumatları bildirib. Uran filizi partiyasının dəyəri 13,5 milyon dollar qiymətləndirilir.
Rusiya Hindistana sonuncu dəfə 4 il əvvəl uran tədarük edib. 2019-cu ildə Rusiya Federasiyasından respublikaya ümumi dəyəri 101,6 milyon dollar olan 1,77 min ton uran göndərilib.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ ilin birinci yarısında Rusiyadan 416 ton uran alıb. “Komsomolskaya Pravda” yazır ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 2,2 dəfə çoxdur ki, bu da 2005-ci ildən bəri ən yüksək səviyyədir.
Yeganə