"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Heydər Əliyev zəkasına qarşı çıxdıq, iflas olduq

14 İyun 2023 - 12:49
in MÖVQE
FacebookVatsap

Burada mən dahi şəxsiyyət Heydər Əliyev mövzusuna vaxtilə Xalq Cəbhəsinin ideoloji platformasının hazırlanmasında və təbliğində müəyyən rolu olan bir siyasət adamı kimi qoşulmaq istəyirəm. Məhz həmin obrazda da əsrimizin bu böyük dövlət adamı və siyasətçisi ilə Xalq Cəbhəsinin təmsilçisi olaraq dəfələrlə üzbəüz müzakirə və mübahisə apardığıma görə fikrimi əsaslandırmaqda yəqin ki, çətinlik çəkmərəm. Heydər Əliyev ömrünün ən önəmli hissəsi peşəkar çekist kimi fəaliyyətlə bağlıdır.

Bunu da oxuyun

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, “çekistlər” yaşamla ölüm arasında məsafəni peşə gərəyi itirmiş nadir şəxslər olurlar:

“Bəlkə də bu sferadan deyil, pedoqoji sahədən və ya birbaşa partiya yaxud emosional hərbçi sferasından siyasətə gəlsəydi, bu qədər amansız dalğaların qarşısında duruş gətirməkdə çətinlik çəkərdi. O, yaşamağa hazırlaşdığı soyuqqanlılıqla ölümə də hazırlaşmışdı. Ona görə də KQB-nin qapalı liderliyindən Azərbaycan Kommunist Partiyasında açıq liderliyə transferində təcrübə çətinliyi yaşamadı. O, sovet represiyasının mahiyyətini də, stalinizmi də, bağırovçuluğu da dərindən bilirdi, Xruşşov dövrünün aldatmaca yumşaqlığının da, Brejnev dövrünün konformizminin nəticələrini də proqnozlaşdırmaqda çətinlik çəkmirdi.

Bəs onda bizlər, yəni hərəkatı təmsil edən liderlər müstəqillik platformasında niyə Heydər Əliyevlə uzlaşa bilmədik və məğlub olduq? Bu tarixi səhv idi, yoxsa səriştəsizlik? Axı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndə iki müavininin keçmiş kommunistlərdən, ikisini də hərəkatçılardan seçərkən siyasi-ideoloji platformada uzlaşma modelini əyani şəkildə təqdim etmişdi. Sonrakı hadisələr göstərdi ki, məhz bu uzlaşmanın olmaması ölkəmizdə daxili qarşıdurmanın, habelə ərazi itkilərinin əsas səbəbi oldu.

Yox, bu sadəcə bizim öz ideoloji platformamıza aludəçiliklə və real siyasət anlayışından uzaq olmamızla bağlı məsələ idi. Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diktəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi.

Açığı, biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni dəyişə biləcəyinə inana bilmirdik. Böyük siyasət adamı Çörçill 1927-ci ildə bir radioçıxışında deyirdi: “Dəyişən şəraitlərdə ardıcıl olmanın tək üsulu – öz əsas məqsədini dəyişməz saxlayaraq şəraitlə birlikdə dəyişməkdir”.

Bütün sovet epopeyasının yarısiyasi, yarışəxsi rejimlərində Heydər Əliyev Azərbaycanın varlığını qorumaq və ucaltmaq məqsədini dəyişməz saxlayaraq özünü yeni mühitin lideri olmaq üçün dəyişdirə bildi. O, Azərbaycan DTX-nin başında olarkən də, yerli Kommunist Partiya lideri, imperiya mərkəzində Siyasi Büronun üzvü olanda da, Kommunist Partiyasının biletindən imtina edəndə də və nəhayət, müstəqil Azərbaycanın lideri olanda da məqsədi Azərbaycanı ucaltmaq idi. Məhz bu ardıcıllıq keyfiyyətini qoruya bildiyinə görə həmişə uğur qazana bildi”.

Fazil Mustafa bildirib ki, ona atdığımız təbliğat böhtanların başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi:

“Zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi. Nəinki Heydər Əliyevin hakimiyyəti dövründə yad qoşunun Vətənimizə ayaq basmasının şahidi olduq, ardınca varisi cənab İlham Əliyevin Qəbələ RLS-dən yad qoşunları diplomatik zəka ilə çıxarmasını, ardınca Qarabağ kimi bir Qordi düyününü dəmir yumruqla çözməsini alqışlayanda anladıq ki, ozamankı mühakiməmiz nə qədər haqsız və naşı idi. Heydər Əliyev həm də öz qoyduğu irs ilə bizim müxalifətçilk anlayışımızı, dövlətçiliyə baxış bucağımızı dəyişdirdi.

Dahi Şekspir deyirdi ki, bəziləri böyük doğular, bəziləri böyüklüyü qazanır, bəzilərinə də böyüklük yapışdırılır. Kiminə görə Heydər Əliyev böyük doğulmuş şəxsiyyətdir. Əlbəttə, bu genetika ilə bağlı məsələyə dəqiq izah verə bilmərəm. Ancaq əmin olduğum bir gerçək var ki, Heydər Əliyev dişiynən-dırnağıynan, xarakteri, zəkası və fırtınalardan sahilə salamat çıxardığı Azərbaycanla böyüklüyü qazanmış şəxsiyyətdir. Ruhu şad olsun”.

Previous Post

Heydər Əliyev zəkasına qarşı çıxdıq, iflas olduq

Next Post

Putin Bakıdakı səfiri geri çağırdı

Bənzər yazılar

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Next Post
Putin Bakıdakı səfiri geri çağırdı

Putin Bakıdakı səfiri geri çağırdı

Putin Bakıdakı səfiri geri çağırdı

Putin Bakıdakı səfiri geri çağırdı

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.