"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Heydər Əliyev: İşıqlı yolun banisi

10 May 2026 - 13:14
in MANŞET
FacebookVatsap

Mayın 10-u müasir Müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əliyevin zəngin və şərəfli ömür salnaməsi Azərbaycan dövlətinin və xalqının siyasi yaddaşının mühüm tarixi dövrünü əks etdirməklə, müstəqillik düşüncəsi və dövlətçilik irsinin əsasını təşkil edir.

Bunu da oxuyun

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Heydər Əliyev ömrünün hər anının Azərbaycanın milli müqəddəratına həsr etmiş, sarsılmaz inkişafının təmin edilməsi üçün yorulmadan çalışmışdır. Gənc yaşlarındanmühüm dövlət postlarında inanılmaz işgüzarlıq və tükənməz enerji ilə çalışan Heydər Əliyev yenilikçi iş üslubu ilə diqqəti cəlb edirdi. Dərin biliyi, geniş dünyagörüşü və fitri istedadı ilə peşəkar bir kadra çevrilən dahi Liderin təhlükəsizlik orqanlarındakı xidmət illəri də karyerasının ən əlamətdar mərhələsi kimi tarixə düşdü.

Ulu Öndərin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsimüstəqilliyə gedən işıqlı yolda tarixi mərhələnin başlanğıcını qoydu. Onun rəhbərliyinin birinci dövrü iqtisadi və sosial inkişafla bərabər, milli özünüdərkin oyanışı, Azərbaycanın xarici dövlətlərlə elmi-mədəni və siyasi münasibətlərinin qurulmasında da yeni əsaslı dövrü formalaşdırdı. Həmin illərdə Azərbaycanın milli mənafelərinin qorunmasına yönəlmiş prinsipial qərarlar qəbul edildi, beynəlxalq əlaqələrin istiqamətləri müəyyənləşdi, diplomatik münasibətlərin möhkəm təməlləri qoyuldu, bir sıra ölkələrləfaydalı əməkdaşlıq yaradıldı.

70-ci illərdə xarici ölkələrə Azərbaycanın nümayəndə heyətlərinin göndərilməsi, mədəniyyət, incəsənət, idman tədbirlərində azərbaycanlıların iştirakı, beynəlxalq sərgilərdə tanınmış sənətkarların əsərlərinin nümayiş etdirilməsi və digər mötəbər tədbirlər düşünülmüş xarici siyasət strategiyasının tərkib hissəsi idi. O dövrdə geniş fəaliyyət istiqaməti ilə fərqlənən Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti mədəni-humanitar diplomatiyanın mükəmməl modeli olmaqla, Azərbaycanın xarici ölkələrdəki nüfuzlu təşkilatlarla sıx təmaslarına dərin töhfələr verirdi. 1972-ci ildə Cəmiyyət dünyanın 62 ölkəsinə 19 min nüsxədən çox kitab, jurnal, albom göndərmişdi ki, bu, tarixi hadisə olmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli-ideoloji təşviqatda mühüm rol oynamışdı. Eləcə də digər humanitar xarakterli proqramların ideyası əslində xarici siyasət məfkurəsinə əsaslanırdı.

Həmin mükəmməl siyasi kursun uğurla davam etdrilməsisayəsində ötən əsrin 70-ci illərində Azərbaycana xarici ölkələrdən gələn dövlət xadimlərinin və hökumət nümayəndə heyətlərinin səfərləri artmışdı. Bu səfərlər beynəlxalq əməkdaşlıq çərçivəsində xarici elmi-mədəni münasibətlərin qurulmasına möhkəm zəmin yaratmaqla, həm də Azərbaycanın dünya birliyində siyasi nüfuzunun artmasına dərin töhfə verirdi. Azərbaycan nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri də ikitərəfli əlaqələrin qurulmasında öz müsbət faydalarını verirdi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən də Azərbaycanın bir çox ölkə ilə xarici iqtisadi-siyasi münasibətlərinin inkişaf etdirilməsi, mədəni diplomatiyanın daha da genişləndirilməsində fəal iş aparır, müstəqil Azərbaycanın etibarlı xarici siyasət kursunun arxitekturasını inşa edirdi.

Onun Moskvada çalışdığı müddətdə də qazandığı yüksək siyasi nüfuz və etimad sayəsində xarici dövlətlərin tanınmış xadimləri Heydər Əliyevlə yaxından əməkdaşlıq etməyə çalışırdılar. “Kremldəki böyük türk” adlandırılan Heydər Əliyevə dünya dövlətlərinin liderlərinin xüsusi hörməti var idi.Təsadüfi deyildi ki, onun SSRİ-nin ali rəhbərliyinə namizədliyi haqqında söhbətlər yayılırdı. Bütün bunlar Ulu Öndərin beynəlxalq münasibətlər sistemində nəhəng siyasi karyerasını, Liderlik xarizmasını əks etdirirdi.

Məhz həmin illərdə bünövrəsi qoyulmuş möhkəm təməllər müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı və milli ideoloji-siyasi konsepsiyasını təşkil etdi. Ulu Öndər bu barədə danışarkən qeyd edirdi ki, “Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970–1985-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır”.

Heydər Əliyevin 90-cı illərdə Azərbaycanın çətin və ağır dövründə doğulub boya-başa çatdığı Naxçıvana gəlişi müstəqilliyə aparan yolda yeni dövrün başlanğıcını qoydu, eyni zamanda, xarici ölkələrlə münasibətlərin sütunları təsis edildi, qonşu dövlətlərlə siyasi-iqtisadi, humanitar bağlantılar yaradıldı.

1991-ci il yanvarın 29-da Naxçıvanda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalandı, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi isəTürkiyə ilə münasibətlərin qurulmasında yeni mərhələnin əsasını qoydu. 1991-ci ilin oktyabrında Araz çayı üzərində müvəqqəti körpünün açılışı, 1992-ci ildə Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Əməkdaşlıq Protokolunun imzalanması, həmin il mayın 28-də Sədərək-Dilucu körpüsünün (Ümid körpüsü) istifadəyə verilməsi ilə Türkiyə–Naxçıvan və ümumilikdə Azərbaycanəlaqələri o dövr üçün ən yüksək səviyyəyə çatdı.

Müstəqil Azərbaycana rəhbərliyinin ilk illərində mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi bir şəraitdə xarici ölkələrlə münasibətlərin qurulmasında da Heydər Əliyev faktoru həlledici rol oynadı. O, 1993-cü il oktyabrın 10-da Prezident kimi andiçmə mərasimində qeyd edirdi ki, bizim xarici siyasətimiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən ibarətdir və xarici siyasətimiz sülhsevər siyasətdir.

Həmin dövrün ən böyük iqtisadi hadisəsi olan “Əsrin Müqaviləsi”nin imzalanması və Xəzər dənizində xarici neft şirkətlərinin çoxhəcmli investisiya qoyuluşlarına dair qərar qəbul etməsi Ulu Öndərə olan dərin etimadın, etibarın və şəxsiyyətinə olan zəmanətin nəticəsi idi. Azərbaycanda çalışmaqda tərəddüd edən bəzi xarici ölkə şirkətləri vətransmilli kompaniyalar Heydər Əliyevə olan dərin inamlarına güvənərək burada fəaliyyətə başladılar.

Ümummilli Lider zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 90-cı illərdə Azərbaycanın yeni rasional xarici siyasət kursunun istiqamətlərini müəyyənləşdirdi. Bu siyasətdə mühüm rol oynayan mükəmməl enerji diplomatiyası ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirməklə yanaşı, dünya birliyinə inteqrasiyasının təmin olunmasında, beynəlxalq mövqeyinin güclənməsində müstəsna rol oynadı.

Azərbaycan öz əlverişli coğrafi mövqeyindən, təbii ehtiyatlarından, geoiqtisadi potensialından istifadə edərək çoxsaylı dövlət və beynəlxalq qurumlarla əməkdaşlığı gücləndirərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub nəqliyyat dəhlizlərini yaratmaqla regionda liderliyini dərinləşdirdi.

Ulu Öndərin xarici siyasətdə əsas hədəfləri sırasında Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dəyişmək, Azərbaycan həqiqətlərini və haqq səsini dünyabirliyinə çatdırmaq, ərazi bütövlüyümüzü təmin etmək başlıca yer tuturdu.

1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin ləğvi və möhkəm sabitliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi Azərbaycanın siyasi və iqtisadi dayanıqlılığını təmin etdi, nizami və nümunəvi peşəkar ordu quruculuğunda yeni mərhələ açdı.

Beynəlxalq və regional təşkilatlarla sıx əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində atılan qətiyyətli addımlardan biri də 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinininimzalanması oldu. Bu, NATO hərbi strukturları ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığa əlverişli şərait yaratdı, ordunun maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulmasına töhfələr verdi. 1996-cı il aprelin 22-də “Avropa Birliyi və onun üzvü olan dövlətlər və Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi”nin imzalanmasıAvropa İttifaqı institutları ilə əlaqələrinin genişlənməsində,əməkdaşlıq proseslərinin sürtələməsində əhəmiyyətli hüququ baza oldu.

Ulu Öndər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT)ilə əlaqələrinin inkişafında da əvəzsiz xidmətlər göstərmiş, BMT Baş Assambleyasının sessiyalarında və təşkilatın digər yüksəksəviyyəli tədbirlərində iştirak edərək Ermənistanın işğalçılıq siyasətini ifşa etmiş, təcavüzün aradan qaldırılması üçün beynəlxalq səylərin artırılmasına nail olmuşdur. 1996-cı ilin dekabrın 2–3-də Portuqaliyadakeçirilən ATƏT-in Zirvə toplantısında münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədin qəbul olunması isə böyük siyasi və diplomatik qələbə kimi yadda qaldı.

Ümumilikdə, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə 80-dək ölkənin dövlət və hökumət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşləri, MDB və digər beynəlxalq və regional təşkilatların tədbirlərində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ikitərəfli və çoxtərəfliəməkdaşlıq proqramları ilə bağlı mühüm məsələlərmüzakirə edilib.

Ümummilli Liderin əsasını qoyduğu unikal xarici siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərəkyeni çağırışlar fonunda daha dinamik, çoxşaxəli və milli maraqlara əsaslanmaqla, Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsini təmin etməkdədir.

Heydər Əliyevin xarici siyasət strategiyasında bir nömrəli ümdə vəzifə olan – torpaqların erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tamtəmin olunması arzusu isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə yerinə yetirildi.

Ramid Namazov

Milli Məclisin deputatı

Previous Post

“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

Next Post

Balakəndə narkotik plantasiyası aşkarlanıb

Bənzər yazılar

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Next Post
Balakəndə narkotik plantasiyası aşkarlanıb

Balakəndə narkotik plantasiyası aşkarlanıb

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.