İsrail prezidenti İsaak Hersoq Qərbi Qüdsdə keçirilən tədbirdə çıxış edərək bildirib ki, “İsrail cəmiyyətinin kənarlarından mərkəzə doğru hərəkət edən dəhşətli zorakılıq dalğasının şahidi oluruq”.
Elchi.az xəbər verir ki, Hersoq fanatik yəhudilərin müsəlman və xristian fələstinlilərin müqəddəs yerlərini hədəf aldığını və İsrail dəstələrinin Qərb Şəriyəsindəki Fələstin torpaqlarını ələ keçirən hücumlarının “dəhşətli” səviyyəyə çatdığını bildirib.
Hersoq əlavə edib ki, “İsrail cəmiyyətinin kənarlarından mərkəzə doğru hərəkət edən dəhşətli zorakılıq dalğasının şahidi oluruq. Həbs olunanların və dindirilənlərin heç bir hüququnun olmadığına inanan bir ovuc insanın vəhşi davranışlarına məruz qalırıq”.
Şayəstə





















