Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinken ilə İsrail və Fələstində baş verənlər və NATO-nun genişlənmə prosesi ilə bağlı telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan amerikalı həmkarı Blinkenlə telefonla danışıb.
Görüşdə Qəzzədəki münaqişənin bölgəyə yayılmasının qarşısının alınması, girovların azad edilməsinin təmin edilməsi istiqamətində görülən işlər, humanitar yardım dəhlizinin yaradılmasının aktuallığı və NATO-nun genişlənməsi prosesi müzakirə edilib.
Nazir Fidan görüşdə Qəzzada ayrı-seçkilik olmadan insanların hədəf alınmasının qəbuledilməz olduğunu da vurğulayıb.
Nuranə Məmmədova