"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Hədəfdə Şərifov yox, bütövlükdə Azərbaycan hakimiyyətidir…”

12 Mart 2016 - 12:09
in SİYASƏT MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

“Hədəfdə Şərifov yox, bütövlükdə Azərbaycan hakimiyyətidir...”

Mehman Əliyevdən gündəmi dəyişəcək sensasion açıqlamalar: “Qoyulan minaların bir hissəsi partladılıb, qalanları da var…” ; “Şərifov Şvetsi məhkəməyə verməlidir…”

ABŞ-da maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Azərbaycanın iki hökumət üzvü-maliyyə naziri Samir Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfovla bağlı iddiaları hələ də müzakirə olunur. Hər keçən gün bu müzakirələrə yeni-yeni simalar qoşulur.

Maliyyə nazirinin üç ölkənin agenti adlandırılmasının arxasında Rusiya izi axtaranların sayı isə çoxluq təşkil edir. Şvetsin iddialarından sonra ortaya çıxan nəticə odur ki, hökumətlə yanaşı, ictimaiyyət də hər iki hökumət üzvümüzün ətrafında cərəyan edən proseslərdən ciddi narahatdır.

Bütün bunlarla bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri, proseslərə özünəməxsus baxış bucağı olan Mehman Əliyevlə söhbət etdik.

– Mehman bəy, Azərbaycanın iki yüksək vəzifəli şəxsi, xüsusilə maliyyə naziri xarici ölkələrin agenti olmaqda ittiham edildi. Nə baş verir?

– Hər bir dövlətin əsas sütunu maliyyə-bank sistemidir. Əgər bu sütun çökürsə, o zaman bütün orqanizm zəifləyir. Ölkəmizdəki böhran bu sistemdən başladı. Ona görə də, maliyyə naziri ilə bağlı gedən prosesləri bunun davamı kimi qəbul edirəm. Bu onu göstərir ki, böhran getdikcə dərinləşir. Burada da əsas mərkəz maliyyə-bank sistemidir.

– Keçmiş Sovet casusunun verdiyi müsahibədə hər kəs Rusiya izi axtarır. Siz də bu qənaətdəsiniz ki, ona bu məlumatları Rusiya xüsusi xidmətləri ötürüb?

– Bu proseslərdə hər kəsin izi var. Azərbaycanda hakimiyyətin apardığı siyasətdən narazı olan beynəlxalq güclər, düşünürəm ki, bu məsələdə bir araya gəliblər. Üç ölkənin adının çəkilməsi onu göstərir ki, Azərbaycanla bağlı vahid strategiya var. Dövlətlərarası münasibətlər bunu açıq şəkildə göstərir. Hazırda Azərbaycanın ABŞ, Rusiya ilə münasibətləri yaxşı deyil. Türkiyə ilə də elə yaxşı deyil. Şvetsin müsahibəsində iki tərəf var, Rusiya və Amerika… Azərbaycan hakimiyyətinin gələcəyi ilə bağlı vahid strategiyanın müəyyənləşdiyi görünür.

– Şvets təkcə Şərifovu yox, Xələf Xələfovu da ittiham etdi. Bu, Azərbaycanın xarici siyasət kursuna, diplomatik fəaliyyətə zərbə deyilmi?

– Əlbəttə, ölkəmizin xarici siyasətinə ciddi zərbədir. Bu, gedən vahid proseslərin tərkib hissəsidir. Sabah başqa adların da ortaya çıxmasını gözləmək olar. Düşünürəm ki, bunlar bir mesajdır. Demək istəyirlər ki, bunu biz edirik, davamı da gələ bilər.

– Şəxsinizin bu iddialara münasibəti necədir? Şvetsin Rusiyadan ötürülən informasiyalar əsasında belə fikirlər səsləndirdiyi deyilir…

“Lavrov bu vəziyyətdə Azərbaycan hakimiyyətinə kömək etməyə çalışır”

– Burada tərəflərin işbirliyi var. Mövqelər ölkəmizlə bağlı üst-üstə düşür. İnformasiyaların Rusiya tərəfindən Amerikada yaşayan bir şəxsə ötürülməsi ilə bağlı iddialar onu göstərir ki, hər iki ölkə arasında işbirliyi var. Bu, təkcə Rusiyanın təşəbbüsü deyil. Azərbaycanla bağlı ABŞ və Rusiya daim razılaşdırılmış siyasət aparıb. 2003-cü ilin prezident seçkilərini və 2005-ci ilin dövlət çevrilişi məsələlərini yada salmaq lazımdır. 2008 -2013-cü illərin də prezident seçkilərini unutmaq olmaz. Son zamanlarda ABŞ və Rusiyanın ölkəmizə qarşı münasibətləri aydın şəkildə görünür. Üst-üstə düşən bir münasibət mövcuddur. Hər iki dövlət Azərbaycanla bağlı daim razılaşdırılmış qərarlar verirlər.

– Samir Şərifovun fonunda gedən proseslərin sonunda nə gözlənir?

– Bu proseslər boşuna başlamayıb. Hər şey hakimiyyətin apardığı siyasi kursdan asılı olacaq. Nə qədər çevik siyasət aparılacaq, bunu zaman göstərəcək. Bu problemlər illərlə səsləndirildi. Sadəcə hakimiyyət eşitmək istəmirdi. Elə zənn edirdilər ki, təhlükəsizlik sistemi güclüdür, neft üzərində formalaşan iqtisadiyyat ömürlük olacaq. Bunun üçün də vətəndaş cəmiyyətini, mətbuatı və siyasi partiyaları darmadağın etdilər. Son zamanlardakı vəziyyət onu göstərdi ki, zəif yerlər kifayət qədərdir. Vaxtı ilə qoyulan minaların hələ bir hissəsi partladılıb, qalanları da var…Bu baxımdan vəziyyət kifayət qədər ağırdır. Hakimiyyət artıq mövcud vəziyyəti dərk etməyə başlayır. İslahatlar istiqamətində müəyyən addımlar atılır. Şvetsin açıqlamaları onu göstərir ki, qeyd etdiyim dövlətlərin narazılıqları hələ də qalıb.

– Şvetsin açıqlamalarının Samir Şərifovun baş nazirliyə gedən yoluna mane olmaq üçün ortaya atıldığı deyilir. Doğrudan da maliyyə nazirimiz buna görəmi vurulur?

– Baş nazirlik elə bir vəzifədir ki, o posta təyinat böyük dövlətlərlə razılaşdırılır. İlk növbədə Amerika ilə. Heydər Əliyevin dönəmində konstitusiyaya edilən dəyişikliklə ikinci şəxs baş nazir oldu… Bu, müasir demokratik prinsiplərə zidd qərardır. Çünki xalqın seçmədiyi şəxs prezidentə bir şey olduqda, avtomatik olaraq, ölkənin rəhbərinə çevrilir. Artur Rasi-zadənin vəzifəsi vitse-prezidentdir. Özünü belə də aparır. Fəaliyyəti bunu sübut edir. Bütün bunlara görə baş nazir proqnozlaşmış şəxs olmalıdır. Baş nazirin atdığı addımlar sürprizlərdən ibarət olmamalıdır. Ona görə belə şəxslərin təyinatı razılaşdırılır. Burada təkcə ölkənin daxilinin maraqları əsas deyil, xarici maraqlar da əsasdır. Bu baxımdan, baş nazir təyin edilmiş şəxsdir. Müəyyən fərdi, ya da qrup iddialarının olması təbiidir. Amma sonda bu vəzifə mütləq razılaşdırılır. Əgər razılaşdırılmasa, bunun sonradan ciddi fəsadları ola bilər. İndiki hakimiyyətin problemləri həddindən artıq çoxdur. Xarici kəşfiyyatlar da bundan xəbərsiz deyillər. Buna görə kimin-kimə işlədiyi, kiminlə əlaqədə olduğu ciddi problemə çevrilib. Bu da çox təhlükəli vəziyyətdir. Sabahları digər kompromatların üzə çıxması gözləniləndir.

“İnformasiyaların Rusiya tərəfindən Amerikada yaşayan bir şəxsə ötürülməsi ilə bağlı iddialar onu göstərir ki, hər iki ölkə arasında işbirliyi var”

– Şərifovla bağlı ittihamların səslənməsində sabiq MTN rəhbəri Eldar Mahmudov izi də axtarılır. Hətta o, həbs olunmayınca, bu cür problemlərin vaxtaşırı yaranacağı iddia edilir…

– Əvvəldə dedim, milli təhlükəsizlik sisteminin əsas dayaqları neft sektoru və maliyyədir. Bunlar Azərbaycanda darmadağın olub. Eldar Mahmudov həmin savaşın qurbanı olub. Eyni vaxtda Azərbaycanda milli təhlükəsizlik və maliyyə sistemi çöküb. Mahmudovun formalaşdırdığı struktur dağıdılıb. Bunu onun özü formalaşdırmamışdı, tapşırıqları icra etmişdi. Çünki onun özü heç vaxt milli təhlükəsizlik sistemində çalışmamışdı. Bunlar daxili deyil, xarici problemlərdir. Mahmudovun getməsi, maliyyə sisteminin dağılması gedən savaşın tərkib hissəsidir. Azərbaycanla bağlı savaşın. Ölkəmizin təzyiq altında olduğu açıq görünür. Amerikada konqresə çıxarılmış təşəbbüs hələ işə salınmayıb. Əgər salınsa, hər şey bitdi, onun qarşısını almaq mümkün olmayacaq.

– Müsahibdə təzadlı hissələrdən biri Sergey Lavrovla bağlıdır. Rusiyanın XİN rəhbəri ilə bağlı olan hissə Şvetsin izi azdırmaq üçün planı deyilmi?

– Lavrov Putinlə Azərbaycan hakimiyyəti arasındakı vasitəçilərdən biri sayılır. Şvetsin izi azdırmağını əminliklə söyləmək də doğru olmazdı. Çünki açıq şəkildə kimin-kimlə müttəfiq olduğu görünür. Sadəcə burada müəyyən şəxslərin zəiflədilməsi, sıradan çıxarılması təşəbbüsləri var. Lavrov bu vəziyyətdə Azərbaycan hakimiyyətinə kömək etməyə çalışır. Amma artıq onun zərərsizləşdirilməsi məsələsi ortaya qoyulub. Müsahibədə adının keçməsi buna işarədir. Burada daha çox Lavrovun zərərsizləşdirilib, sıradan çıxarılması cəhdi görünür.

– Şvetsin açıqlamalarının əsas hədəfi olan Şərifov hazırda ABŞ-da səfərdədir. Nazirlik cavab xarakterli kiçik bir açıqlama yaysa da, əslində indiki şəraitdə səfəri təxirə salmaq olmazdımı?

– Səfəri başqa amillərlə bağlamaq istəməzdim, o, əvvəlcədən müəyyənləşdirilib. Amma Şərifovun bu iddialardan sonra Amerikaya səfəri onun ora zəif bir nazir kimi getməsi deməkdir. Çünki ona açıq şəkildə mesaj verirlər ki, sən kimsən və sənin yerin haradır. Şərifov barəsindəki iddialarla vuruldu. Burada yeganə çıxış yolu onun məhkəməyə müraciətidir. Şərifov Şvetsi məhkəməyə verməlidir. O zaman biz də məhkəmənin hansı qərarı çıxaracağını gözləyək. Məlumatların doğru olub-olmaması da o zaman  üzə çıxacaq. Əgər məhkəməyə müraciət etməsə, o zaman Şərifov istefaya getməlidir. Başqa çıxış yolu da yoxdur. İttihamlar ciddi araşdırma predmetidir. Əslində qalsa, bu iddialardan sonra Şərifovun ABŞ səfərinin qarşısı alınmalı idi. O, Amerikaya getməməli idi. Yoxlanılmasına ciddi ehtiyac var idi. Bu onu göstərir ki, hakimiyyətdə Şərifovun kim olması barədə faktlar var.

– Maliyyə nazirindən sonra hədəfə götürüləcək digər nazirlər də ola bilərmi?

– Söhbət şəxslərdən getmir. Burada ümumi hədəfdə hakimiyyətdir. İqtidardan tələb olunurdu ki, islahatlar aparsın, dəyişikliklər etsin… Ortada Azərbaycanın demokratik ölkəyə çevrilməsi məsələsi var…

– Mehman bəy, müsahibəni yəqin ki, tam oxumusunuz. Sizə inandırıcı gələn hissələr oldumu?

“Eldar Mahmudov həmin savaşın qurbanı olub…”

– İnandığım hissə ondan ibarətdir ki, Rusiya kəşfiyyatçısı Amerika ərazisində belə skandal yaradan müsahibə verir. O, başa düşür ki, bununla bağlı onu məhkəməyə verə bilərlər. Çünki Rusiya ərazisində deyil. Şvets problemlərlə üzləşəcəyini əvvəlcədən bilməmiş deyil. Ona görə də, o, özbaşına belə müsahibə verməz. Əsas məsələ elə budur. Şərifovla şəxsi tanışlığımız yoxdur. Amma vaxtı ilə XİN-ə çox getmişəm, indi məni heç qapıdan da içəri buraxmırlar. O zamanlar Şərifovu kənardan görmüşəm.

– Sizcə, Şvetsin iddiaları Azərbaycanda baş nazir dəyişikliyini təsirləndirəcəkmi?

– Nazirlər Kabinetinin bütövlükdə dəyişilməsi aktualdır. Çünki biz artıq islahatlar dövrünə keçirik. Bizə islahatçı hökumət lazımdır. İşlək Nazirlər Kabinetinə ehtiyac var. Artur Rasi-zadənin yaşı və səhhəti ciddi məsələdir. Yeni şəxs gətiriləcək. Həmin şəxsinsə işlək olacağına inanmıram. Bu şəxs daha çox prezidentə sədaqəti olan, ambisiyası olmayan şəxs olacaq. Bu amillər yeni baş nazirin kimliyində mühüm rol oynayacaq. Tanıdığımız nazirlərin heç biri bu kriteriyalara yaramır. Tamam başqa şəxs olacaq. Əgər hakimiyyət ABŞ və Rusiya ilə Rasi-zadənin baş nazirlik məsələsində razılaşdısa, demək yeni nazirlə bağlı da razılaşacaqlar.

– Son sualım, maliyyə naziri ilə bağlı yaranan skandal ölkəmizdəki iqtisadi böhranı daha da dərinləşdirə bilərmi?

– Böhran onsuz da dərinləşir. Əgər hakimiyyət tezliklə çevik islahatlara getsə, dəyişiklik etsə, təhlükələr bizdən uzaqlaşacaq. Əksinə, əvvəlki vəziyyətdə iqtidar yoluna davam etsə, problemlər zaman-zaman üzə çıxacaq. Getdikcə daha da aktiv şəkildə olacaq.

Previous Post

“Hədəfdə Şərifov yox, bütövlükdə Azərbaycan hakimiyyətidir…”

Next Post

Yay vaxtına keçid ləğv olunur

Bənzər yazılar

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21 Avqust 2026 - 11:29

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil...

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir....

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Next Post

Yay vaxtına keçid ləğv olunur

Yay vaxtına keçid ləğv olunur

Son xəbərlər

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Xocavənd rayonunda mina partlayışı baş verib

Xocavənd rayonunda mina partlayışı baş verib

21 Avqust 2026 - 18:37
Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub

Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub

21 Avqust 2026 - 18:26
İranda dollarla hesablaşmalar “köhnəlmiş” adlandırılıb

İranda dollarla hesablaşmalar “köhnəlmiş” adlandırılıb

21 Avqust 2026 - 18:14
ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

21 Avqust 2026 - 17:58
Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

21 Avqust 2026 - 17:45
Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

21 Avqust 2026 - 17:36
Tesla Çində təxminən 6 milyon avtomobili geri çağıracaq

Tesla Çində təxminən 6 milyon avtomobili geri çağıracaq

21 Avqust 2026 - 17:28
Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

21 Avqust 2026 - 17:15
Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

21 Avqust 2026 - 17:06
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

21 Avqust 2026 - 16:56
Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

21 Avqust 2026 - 16:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.