"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yay vaxtına keçid ləğv olunur

12 Mart 2016 - 12:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

Yay vaxtına keçid ləğv olunsa… necə xoşbəxt ola bilərik? Orqanizm nələrdən qurtular, nələr qazanarıq….

Xəbər verdiyimiz kimi, martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib.
Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.
Bununla da Azərbaycanda yay vaxtına keçid, saatların çəkilməsi ənənəsinə son qoyulması üçün ilkin addım atılıb. Bu günlərdə Türkiyə mətbuatında da eyni məsələ müzakirə olunub. Məlum olub ki, əslində saatların irəli-geri çəkilməsi ciddi fəsadlar yaradır. Yay vaxtına keçidlə bağlı olaraq insan orqanizminin bioritmi pozulur və bu, səhhətimizə neqativ təsir göstərir. Mütəxəssislərə görə, bunun dərmanı səhərlər qaçış və axşamlar ilıq süd içməkdir.
Türkiyənin “Sabah” qəzetində martın 29-da baş verəcək yay vaxtına keçiddən insan orqanizminin görəcəyi zərərləri dəf etmənin  yolları ilə bağlı ilginc dosye hazırlanıb. Məlum olub ki, yay saatına keçidin insan orqanizmində yaratdığı sistemsizlik, disharmoniya 48 saatdan 2 həftəyə qədər davam edə bilər.
İnsan sutkanın orta hesabla, 8 saatını yuxuda, 16 saatını isə oyanıq keçirir. Yuxu zamanı əzələlərin hərəkəti dayanır, maddələr mübadiləsi, tənəffüs, ürək ritmi və qan təzyiqi enir, həzm sisteminin fəaliyyəti isə sürətlənir. Yuxudaykən bədənimizin temperaturu 1 dərəcə soyuyur. Oyandıqda isə fiziki və zehni funksiyalar çox sürətlə çalışır. Oyanma anından 1-2 saat əvvəl adrenalin səviyyəsi artaraq, bədəni normal iş prosesinə hazırlayır.
Saatların irəli çəkilməsi ilk günlərdə yuxusuzluq, diqqətsizik, beyinin tam oyanmaması kimi hallara səbəb olduğu üçün iş zamanı xoşagəlməz hallar müşahidə olunur.
Araşdırmalar yay vaxtına keçid zamanı iş və yol qəzalarının sayının daha çox olduğunu ortaya çıxarıb. Saatların irəli çəkilməsinin səbəb olduğu yuxusuzluq ən çox ürəyə ziyan vurur. Yuxusuzluq ürək ritmini pozur.
Türkiyəli həkim Murad  Berksoy bildirib ki, bioritmimizin pozulması sinir sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Bu da yaddaşın zəifləməsi, depressiya, şəkər yüksəlişi və hətta infarkta səbəb olur. Beynəlxalq bir araşdırmaya görə, bu dönəmdə infarkt keçirmə riski 4-5 dəfə artır. Saatın çəkilişinin təsiri bir-iki həftə davam edə bilir. Ona görə də həkim gecə yatmazdan əvvəl saatı 15-20 dəqiqə geri çəkməyi tövsiyə edir. Ya da günə 15 dəqiqə daha tez başlamağı. Bundan başqa, həftədə 3-4 gün tezdən qalxıb, yürüş etmək lazımdır. Yatmazdan əvvəl isə mütləq bir fincan süd içmək lazımdır. Gec saatlarda idman hərəkətlərindən uzaq dayanmaq lazımdır.
Bir şeyi də unutmayaq ki, qalıcı olmamaqla yanaşı, yay və qış saatına keçid zamanı beyin qarışılığı, eyni zamanda  halsızlıq, adaptasiya problemləri də yaranır. Həkimlər bu təsirin 24-48 saat ərzində düzəldiyini bildirir. Ona görə də bioloji saatımız özünü sistemə salana qədər bir az erkən yatmaqda fayda var. Hovuzda üzmək, ya da dəniz kənarında gəzintiyə çıxmaq, nəfəs çalışmaları çox fayda verəcək. Sağlıqlı və məntiqli qidalanmaq da faydalı ola bilər. Ən maraqlı detal isə bu ərəfələrdə insanlarda yaranan emosional partlayışlardır. Belə ki, əsəb, üzüntü, utanma, günahkarlıq, qısqanclıq, ağrı kimi hisslər bu günlərdə pik həddə çatır. Onların yaratdığı enerjini boşaltmaq üçün həkimlər duyğuları yazaraq ifadə etməyi məsləhət görür. Ya da nəfəs çalışmaları etmək, təbiətdə bol-bol vaxt keçirmək bu çətin günlərdən “zərərsiz” çıxmağa yardım edə bilər.
Hazırda Azərbaycan ərazisində qış aylarında GMT+4, yay aylarında isə GMT+5 saat qurşağı tətbiq olunur. Bu hal 1957-ci ildə Azərbaycan ərazisində “dekret vaxtı”nın tətbiqi, yəni saatların bir saat irəli çəkilməsi, bunun ardınca isə 1981-ci ildə yay vaxtının tətbiq edilməsi nəticəsində yaranıb.
“Dekret vaxtı”ndan və yay vaxtından imtina sahəsində 1989-cu ildə və 90-cı illərin əvvəllərində bir sıra addımlar atılsa da, son nəticədə 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1981-ci ildə yaranmış vəziyyət (status-kvo) qaytarılıb. Azərbaycanda bu qaydada tətbiq edilən saatlar (əsasən də yay vaxtı) bir sıra paradoksal vəziyyətə gətirib çıxarır. Belə ki, biz yay vaxtı Şərqə tərəf özümüzdən qat-qat uzaqda olan Əfqanıstan, Pakistan, Özbəkistanla eyni saatda, amma bizə daha yaxın olan Mərkəzi Avropa ilə üç saat, bizimlə həmsərhəd olan Türkiyə ilə isə iki saat vaxt fərqində oluruq. Daha bir maraqlı vəziyyət odur ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür. Həmçinin diqqət yetirsəniz görərsiniz ki, müsəlmanlar üçün Azərbaycan dünyada ən gec (saat baxımından) iftar açan ölkədir. Səbəbləri araşdırsaq görərik ki, Azərbaycan ərazisində tətbiq edilən vaxt iki faktordan – coğrafi zaman qurşağı və yay vaxtının tətbiqindən asılıdır.
Bir sözlə, Azərbaycanda bu qərar qəbul olunsa, insanlarımızın orqanizmindəki bəzi fəsadlar da baş verməmiş olar. Bununla da ölkə olaraq yeni mərhələyə qədəm qoyarıq.
Previous Post

Yay vaxtına keçid ləğv olunur

Next Post

ABŞ-da ermənipərəst qətnamələr rədd edildi

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post

ABŞ-da ermənipərəst qətnamələr rədd edildi

ABŞ-da ermənipərəst qətnamələr rədd edildi

Son xəbərlər

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10
Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

27 Avqust 2026 - 23:04
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27 Avqust 2026 - 18:55
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.