"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Həbsdəki bankir təslim olmur – həbslər böyüyə bilər

03 Fevral 2016 - 10:37
in aktual-banner, Banner, XƏBƏR LENTİ
FacebookVatsap
Həbsdəki bankir təslim olmur – həbslər böyüyə bilər

Cahangir Hacıyev «maliyyə bossları” ilə üzləşmə tələb edir; Beynəlxalq Bankın sabiq sədri Elman Rüstəmov və Samir Şərifovla üzləşmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını tələb edir; məhbus bankirdən 2 maliyyəçi məmura “qabağımda farağat dayanırdınız” ismarışı…

Bunu da oxuyun

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla üzləşdirilməsini tələb edir. Redaksiyamıza daxil olan məlumata görə, C.Hacıyevin hər iki maliyyəçi ilə üzləşdirilməsi baş tutarsa, böyük maliyyə cinayətləri ilə bağlı həbslərin dairəsi genişlənə bilər. 
Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edib ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edir. Cahangir Hacıyevin mövqeyi belədir ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri məhz bu iki şəxs olub. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır. 
Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan  Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, istintaqçılarda kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini ortaya qoya bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olsaydı, bu Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalıydı. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses – kreditlərin verilməsi illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar.  Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər? Elman Rüstəmovun kadrlarının Beynəlxalq Bankdakı durumu görməzdən gəlmələrinin səbəbi nə olub?
 
Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət öz payını Samir Şərifova etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?
Cahangir Hacıyevin hər iki maliyyəçi məmurla üzləşdirmə tələb etməsi tam qanuni olmaqla yanaşı dövlətin maraqlarının təmin olunması baxımından da tam əsaslıdır.
 
Bununla belə, Cahangir Hacıyevin Beynəlxalq Bank sədri olaraq qohumluq əlaqələrindən istifadə məsələsi də araşdırılmalıdır. “Yeni Müsavat”ın 18 may 2013-cü il tarixli sayında “Baş bankir necə sındırıldı…” sərlövhəli yazı dərc olunub. Yazıda Cahangir Hacıyevlə Elman Rüstəmovun münasibətlərinə aydınlıq gətirən çox maraqlı detallar, məqamlar var. 
Həmin yazıdan bəzi sitatlara diqqət edək: 
“Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev hazırda bank sektorunda ən önəmli simaya çevrilib. C.Hacıyevin bank sektorunda mövqeləri o dərəcədə güclənib ki, ənənəvi rəqibi olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da küncə sıxmağı bacarıb. İqtidardakı ən qüdrətli, nüfuzlu məmurlardan (Eldar Mahmudov nəzərdə tutulur- E.H.) biri ilə qohum olandan sonra daha da güclənən C.Hacıyev rəqiblərini sürətlə zərərsizləşdirməyə başlayıb.
“Royalbank” da daxil olmaqla, bir neçə bankı sıradan çıxaran, bəzilərini öz nəzarətində götürən C.Hacıyev ənənəvi rəqibi, bir çox məsələlərdə ona qırmızı işıq yandırmağı bacaran E.Rüstəmovu məğlub edə bilib. Artıq Mərkəzi Bankda qəbul edilən qərarlarda C.Hacıyevin rəyi əsas götürülür: “Ötən il avqustun 1-dən Mərkəzi Bankın bankların nizamnamə kapitalına minimal tələbin 10 milyon manatdan 50 milyon manata qaldırılması barədə qərarı da C.Hacıyevin təkidi ilə qəbul edilib. Bu qərara görə, bu il 43 bankdan təxminən yarısının sıradan çıxması gözlənilir. Sıradan çıxan bankların bazardakı yerini isə Beynəlxalq Bankın tutacağı şübhə doğurmur. E.Rüstəmovla C.Hacıyev arasındakı qarşıdurma illərdir davam edirdi. Son 1 ildə bu qarşıdurma daha da şiddətlənmişdi. Lakin C.Hacıyevin yeni və uğurlu qohumluq münasibətləri qurması onun mövqelərini daha da gücləndirdi və hakimiyyət iyerarxiyasında onu E.Rüstəmovdan üstün duruma çıxartdı”.
Həmin yazıda digər maraqlı məqam odur ki, Elman Rüstəmovun bankdaxili məsələlərlə yanaşı ictimai həyatda da Cahangir Hacıyevlə hesablaşdığından söhbət açılıb. Yazıdan sitat: “Azərbaycanın bank sektorunu Cahangir Hacıyev ”fırladır”. Bank sistemində indi belə bir yarızarafat-yarıciddi deyim yaranıb ki, Elman Rüstəmov Cahangir Hacıyevin patronajlığı altında Mərkəzi Bankın sədri vəzifəsində işləyir. Həqiqətən də E.Rüstəmov deyilən vəziyyətdədir. O, Cahangir Hacıyevi özünün rəhbəri, böyüyü kimi qəbul edir. Onun bir sözünü iki eləmir, edə bilmir. Hətta bir çox məsələlərdə Hacıyevdən məsləhət alır, onun tapşırıqlarını qeyd-şərtsiz icra edir.

Mənbənin iddiasına görə, mərhum prezident Heydər Əliyevin 90 illik yubiley tədbirində Fəxri Xiyabanda ziyarət zamanı son dərəcə müdhiş olay yaşanıb. Deyilənə görə, bank sektorunun nümayəndələri xiyabanda sabiq prezidentin məzarını ziyarət etmək üçün toplaşıblar. Xeyli keçməsinə baxmayaraq, bankçılardan ibarət dəstə hərəkət etməyib. Bir müddət sonra məlum olub ki, Cahangir Hacıyev gəlib çıxmadığı üçün Elman Rüstəmov yerindən tərpənmirmiş.

C.Hacıyev yarım saatdan sonra gəlib və bundan sonra ziyarət baş tutub. Hadisənin şahidi olan bankirlərdən birinin verdiyi məlumata görə, E.Rüstəmov H.Əliyevin məzarı önündə də “protokolu” gözləyib: ilk olaraq C.Hacıyev baş əyib, sonra E.Rüstəmov…”
 
Cahangir Hacıyevin 2 maliyyəçi məmura – Elman Rüstəmovla Samir Şərifova şəxsi kanalları vasitəsilə ismarış yolladığı da gələn məlumatlar sırasındadır. Bildirilir ki, arestant-bankir Elman Rüstəmovla Samir Şərifova “qabağımda farağat dayanırdınız” ismarışını yollamaqla hər iki məmuru onunla üzləşdirilməsinə etiraz etməməyə çağırıb. 
Previous Post

Həbsdəki bankir təslim olmur – həbslər böyüyə bilər

Next Post

Nazirliyin 5 müəssisəsi birləşdirildi

Bənzər yazılar

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir....

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16

Avropa İttifaqı (Aİ) iyulun sonlarında İspaniyanın Seuta şəhərindəki böhrandan sonra sərhəd nəzarətini gücləndirmək və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün...

Next Post

Nazirliyin 5 müəssisəsi birləşdirildi

Nazirliyin 5 müəssisəsi birləşdirildi

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.