Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, 2022-ci ildə Gürcüstan parlamentinin qəbul etdiyi qanunların 30%-i Avropa İttifaqının (Aİ) tövsiyələrinə istinad edir.
Elchi.az bu barədə “Armenpress”ə istinadən xəbər verir.
“Biz Avropa İttifaqının göstərişlərinin icrasını başa çatdırırıq. Parlamentin koordinasiyası və dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə çox böyük işlər görmüşük. Gürcüstanın və digər ölkələrin qanunvericilik bazasını və təcrübələrini təhlil etmişik, müvafiq dəyişikliklərin olmasına təşəbbüs etmişik, müzakirə etmişik və qəbul etmişik. Maraqlıdır ki, 2022-ci ildə Gürcüstan parlamentinin qəbul etdiyi qanunların 30%-i Avropa İttifaqının tövsiyələrinin həyata keçirilməsinə xidmət edir”,-deyə Papuaşvili qeyd edib.
Yeganə