Güney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib.
Elchi.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb.
Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib.
Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur.
Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. Elchi.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə...






















Son şərhlər