"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

GUAM-ın Nyu-York görüşü və gələcəyi: Kremlə qarşı üç ölkə və…

26 Sentyabr 2022 - 15:26
in MÖVQE
FacebookVatsap

Regional təşkilat kimi GUAM-ın inkişaf perspektivlərini necə qiymətləndirmək olar?

Bunu da oxuyun

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib. Görüşdə həmçinin Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri İlya Darçiaşvili, Niku Popesku və Dmitri Kuleba iştirak ediblər.

Nazir həmkarlarına postmünaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səylər barədə məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlar və razılaşmalar çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması istiqamətində iş aparılır. Bundan əlavə, Azərbaycan sülh sazişi ilə bağlı təklif irəli sürüb. Bütün bunlara baxmayaraq, Ermənistan sülh prosesinə əngəl törədib, üçtərəfli bəyanatlar üzrə üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozub, son aylarda irimiqyaslı hərbi təxribatlara yol verib. Ukraynadakı vəziyyətə toxunan Bayramov problemin beynəlxalq hüquq normaları əsasında, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq diplomatiya yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, Azərbaycan indiyədək Ukraynaya 15 milyon avro məbləğində humanitar yardım edib. Görüş iştirakçıları “Azad ticarət zonasının yaradılması haqqında sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Konvensiyası”nı imzalayıblar.

Aydındır ki, Azərbaycan GUAM çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bir platformadır. Amma hazırda bu ölkələrdən biri-Ukrayna Rusiya ilə müharibəyə cəlb edilib. Moldovanın da Rusiya ilə münasibətləri gərginləşməkdədir. Gürcüstan son hadisələr fonunda Moskvaya qarşı loyal olmağa çalışsa da, Tiflis də Rusiyaya yaxın sayılmaz. Ukrayna müharibəsi ərəfəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin Şərqi Avropada yaradılmış “kiçik ittifaqlar” haqda danışarkən GUAM haqda da Kremlin mövqeyinin ifadə edən ifadələr işlətmişdi. Səfir “GUAM yaradıldı, hər halda, o, bizə qətiyyən xoş deyildi – bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi”, – deyə bildirmişdi.

Hələ Regionlar Partiyasına rəhbərlik etdiyi dövrdə rusiyayönümlü siyasətçi (sonradan prezident oldu-red.) Viktor Yanukoviç GUAM təşkilatının artıq öz aktuallığını itirdiyini və bu təşkilatın buraxılmalı olduğunu demişdi. Kremlin bu ittifaqa qarşı olduğu əvvəldən də məlum idi, amma bunu dilə gətirmirdilər. Sonrakı illərdə Rusiyanın həm Gürcüstanla, həm də Ukrayna ilə münasibətləri pisləşdi. GUAM-ın özü də işlək mexanizm qura bilmədi ki, bunun da səbəbləri haqda danışmaq olar. Amma “bizə xoş deyildi” ifadəsi və hələ də fəaliyyət göstərməsinə rəğmən “işləmədi” deyilməsi Kremlin mövqeyini ifadə edir. Son altı ayda da Rusiyanın bu ölkələrlə münasibəti (qismən Gürcüstan istisnadır) daha da gərginləşib. Belə olduğu halda, regional təşkilat kimi GUAM-ın inkişaf perspektivlərini necə qiymətləndirmək olar?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu qurumun əhəmiyyətinin tamamilə itdiyini düşünür: “İndiki dövrdə ABŞ-ın istəyi ilə GUAM-ın yenidən aktivləşdirilməsini mümkün saymıram, buna zərurət də görmürəm. Düşünmürəm ki GUAM-a daxil olan ən azı 2 ölkə ciddi anti-Rusiya blokuna qoşulsun. Çünki bu həmin 2 ölkənin maraqlarına cavab vermir. Söhbət yəqin bildiniz ki, Azərbaycan və Gürcüstandan gedir. Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan Qərbin antirus koalisiyasında yer almaqdan imtina etdi. Bunu Rusiya ilə əlaqələrin və ticarətin olduğunu irəli gətirərək bəyan etdilər. Azərbaycan isə müstəqilliyinin bərpasından sonra Rusiya ilə ilk dəfədir ki, bu səviyyədə münasibətlər qurmağı bacarıb. Təbii ki, indiki dönəmdə amorf GUAM-da fəaliyyəti aktivləşdirmək ağılsızlıq olardı”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə tamam fərqli düşünür: “Azərbaycan GUAM-ı yaradan dövlətlərdən biridir. Uzun müddətdir ki, biz bu qurumda təmsil olunuruq. GUAM ölkələrinin ikisi müharibə şəraitindədir. Azərbaycan bu görüşdə Ukraynanın da beynəlxalq hüquqa söykənərək problemin həll tərəfdarı olduğunu bəyan edib. Ölkəmiz Ukraynaya 20 milyona yaxın humanitar yardım edib. Və bu doğru yanaşmadır. Rusiya bütün beynəlxalq hüququ pozaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini pozur. Ancaq Qərb, xüsusən Amerika hər iki münaqişəyə eyni yanaşmalıdır. Rusiya da təcavüzkardır, Ermənistan da. Rusiyaya sanksiya tətbiq edib, Ermənistana hər cür dəstək vermək olmaz. ABŞ bu yanaşmasından əl çəkməlidir. Azərbaycanın GUAM çərçivəsində fəaliyyəti ümumi dövlət maraqlarımıza xidmət edir. Bu təşkilatda olan ölkələrin həm Ukraynanın, həm də Moldovanın Rusiya ilə ciddi şəkildə problemləri var. Bu hər ölkənin apardığı xarici siyasətlə bağlıdır. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Hər bir dövlət öz müttəfiqini, dostunu, hətta düşmənini öz seçir. Biz Rusiya ilə müttəfiq dövlətik və geniş əlaqələrə malikik. 30 ildir Ermənistanla düşmən vəziyyətindəyik, bu illər ərzində nə Ukrayna, nə Moldova, nə də Gürcüstan balaca ölkə olan Ermənistanla heç bir əlaqəsini kəsmədi. Heç Azərbaycana da Vətən müharibəsi zamanı bir milyonluq humanitar yardım etmədi. Bizim buna ehtiyacımız da yoxdur. Söhbət bu ölkələrin Azərbaycana adekvat münasibətindən gedir…”

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq hörmətsizlik nümayiş etdirir

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bu təşkilatın gələcəyinə ümidli baxır: “GUAM əvvəllər kifayət qədər təsirli təşkilatlardan biri idi. Eyni zamanda bu təşkilat 4 ölkənin maraqlarının qorunmağı baxımdan da kifayət qədər önəmli regional təşkilatlardan biri idi. Ərazi bütövlüyü və dövlətlərin suveren hüquqlarının qorunmağı sahəsində GUAM daim vahid mövqe nümayiş etdirib. Azərbaycan torpaqlarının işğalı faktoruna qarşı da GUAM həmişə birgə mövqe göstərib. Azərbaycan GUAM üzvü olan digər ölkələrdən fərqli olaraq Rusiya ilə daha yaxşı münasibətlərə malikdir. Bu baxımdan, GUAM təşkilatının inkişaf perspektivlərində Bakı vacibdir. Digər ölkələr də Rusiya ilə danışıqlarda GUAM çərçivəsində Azərbaycandan yardımlar ala bilərlər. Qlobal siyasi proseslər indi bir çox təşkilatların varlığını diktə edir. GUAM yaxın gələcəkdə mühüm dialoq platformalarından biri halına gələ bilər”.

Previous Post

GUAM-ın Nyu-York görüşü və gələcəyi: Kremlə qarşı üç ölkə və…

Next Post

Avropada qazın qiyməti ucuzlaşdı

Bənzər yazılar

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Next Post
Ukrayna rus neftinin nəqlini bərpa etdi

Avropada qazın qiyməti ucuzlaşdı

Ukrayna rus neftinin nəqlini bərpa etdi

Avropada qazın qiyməti ucuzlaşdı

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.